featured-image-10499

Əfqanıstanın Aybak şəhərində (Səməngan əyaləti) mədrəsədə partlayışda ölənlərin sayı artıb.

Əfqanıstan televiziyalarının məlumatına görə, partlayışda ölənlərin sayı 35 nəfərə çatıb. Hazırda xəstəxanada 23 nəfər yaralı var.

Qeyd olunur ki, partlayış qurbanlarının əksəriyyəti mədrəsənin tələbələridir.

Partlayışın hansı səbəbdən baş verdiyi açıqlanmır.

15:38

Əfqanıstanın Səməngan əyalətinin Aybak şəhərindəki mədrəsədə dərs zamanı güclü partlayış törədilib.

Partlayış nəticəsində azı 15 tələbə həyatını itirib.

Yaralıların sayının daha çox olduğu bildirilsə də, onların dəqiq sayı barədə məlumat verilmir.

Hələlik partlayışın hansı qruplaşmanın üzvləri tərəfindən həyata keçirildiyi də məlum deyil.

Mənbə: Aamaj News

Bənzər xəbərlər