featured-image-9157

“Sona qədər yaxşı oyunlar keçirdim. Axırıncı görüşüm çox çətin oldu. Ondan da çətin olan isə heç-heçə etdikdən sonra rəqiblərin görüşünü izləmək idi”.

Bunu “Report”a açıqlamasında İtaliyanın Sardiniya adasında keçirilən şahmat üzrə gənclər arasında dünya çempionatının qalibi Abdulla Qədimbəyli deyib.

Dünya çempionu qeyd edib ki, turnirin çətin olacağını gözləyirmiş: “Yarışdan əvvəl də bilirdim ki, çətin olacaq. Yaxşı çıxış etdiyimi düşünürəm. Bizə güvəndikləri üçün federasiya rəhbərliyinə təşəkkür edirəm. Başda müəllimim Cahangir Ağarəhimov olmaqla üzərimdə əməyi olan hər kəsə öz minnətdarlığımı bildirirəm. Şükür ki, istədiyimə nail oldum”.

Abdulla Qədimbəyli gələcək planlarından da danışıb: “Növbəti hədəf kimi Dünya Kubokunda çıxış etmək və əla nəticə göstərmək istəyirəm”.

Şahmatçı bu qələbəni şəhidlərimizə və Qarabağ zəfərimizə həsr etdiyini qeyd edib:

“Mənim üçün narahat olan, həyəcan keçirən, uğuruma sevinən hər kəsə təşəkkür edirəm”.

Bənzər xəbərlər