featured-image-11125

Argentina dünya çempionu olub. 

“Boyuksherg” xəbər verir ki, cənubi amerikalılar Qətərdə keçirilən dünya çempionatının finalında Fransaya qalib gələrək qalib olublar.

Matçın əsas vaxtında tərəflər hərəyə iki, əlavə vaxtda isə bir dəfə fərqlənib və oyun 3:3 hesabı ilə başa çatıb.

Qalibi müəyyən etmək üçün 11 metrlik cəribə zərbələrinə ehtiyac yaranıb.

Burada daha dəqiq oynayan Argentina dünyanın ən güclüsü adına sahib çıxıb.

17:28

Qətərdə keçirilən dünya çempionatının final oyununda üz-üzə gələcək Argentina və Fransa yığmalarının start heyətləri bəlli olub.

“Boyuksherg”in məlumatına görə, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar:

Argentina: Emiliano Martines, Nauel Molina, Kristian Romero, Nikolas Otamendi, Markos Akunya, Anxel Di Mariya, Rodriqo De Paul, Entso Fernandes, Aleksis Makkallister, Lionel Messi, Xulian Alvares

Fransa: Uqo Lyoris (K), Jül Kunde, Rafael Varan, Dayo Upamekano, Teo Ernandes, Adrian Rabyo, Orelyen Çuameni, Antuan Qrizmann, Kilian Mbappe, Usman Dembele, Olivye Jiru

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Həlledici görüşdə Argentina və Fransa yığmaları üz-üzə gəlirlər.

Bənzər xəbərlər