featured-image-10159

Futbol üzrə dünya çempionatında A qrupunda çıxış edən Qətər millisi ilk oyunda Ekvadora 2:0, ikinci görüşdə isə Seneqala 3:1 hesabı ilə məğlub olub.

“Boyuksherg” xəbər verir ki, xalı olmayan və qrupda sonuncu yerdə qərarlaşan turnirin ev sahiblərinin yarışla vidalaşacağı dəqiqləşib.

İkinci oyunlardan sonra A qrupunda Niderland və Ekvadorun 4 xalı, Seneqalın isə 3 xalı var.

Beləliklə də, Qətər seçməsi turnir tarixində iki qrup oyunundan sonra mübarizədən kənarlaşdırılan ilk ev sahibi ölkə olub.

Qeyd edək ki, DÇ-2010-a ev sahibliyi edən Cənubi Afrika da vaxtilə qrupdan çıxa bilməyib.

Bənzər xəbərlər