featured-image-8185

Azərbaycan cüdoçusu Hidayət Heydərov Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatında təsəlliverici görüşə çıxıb.

“Boyuksherg” “Report”a istinadən xəbər verir ki, 73 kq-da mübarizə aparan idmançı kanadalı Artur Margelidonla qarşılaşıb. Rəqibinə vazari ilə qalib gələn Heydərov bürünc medal qarşılaşmasına vəsiqə qazanıb.

Onun rəqibi israilli Tohar Butbul olacaq.

14:37

Azərbaycanın daha iki cüdoçusu Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatında mübarizəyə başlayıb.

“Boyuksherg” “Report”a istinadən bildirir ki, 73 kq-da yer alan Rüstəm Orucov və Hidayət Heydərov tatami üzərinə çıxıblar.

Orucov ilk görüşündə braziliyalı Daniel Karqninə uduzaraq, mundialla vidalaşıb.

Mübarizəyə 1/16 finaldan qoşulan Heydərov isə ardıcıl olaraq belçikalı Abdul Malik Umayev və özbəkistanlı Şaxram Axadova qalib gələrək, 1/4 finala adlayıb. O, bu mərhələdə italiyalı Manuel Lombardo ilə qarşılaşıb. Rəqibinə məğlub olan Heydərov yarımfinala vəsiqə şansını itirib.

Cüdoçu bürünc medal uğrunda təsəlliverici qarşılaşmada qüvvəsini sınayacaq. Onun rəqibi kanadalı Artur Margelidon olacaq.

09:20

Bu gün Azərbaycanın daha iki cüdoçusu Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatında mübarizəyə başlayacaq.

“Boyuksherg” “Report”a istinadən xəbər verir ki, 73 kq çəki dərəcəsində Rüstəm Orucov və Hidayət Heydərov tatami üzərinə çıxacaqlar.

Hər iki idmançı mübarizəyə 1/16 finaldan start verəcək. Orucov Aleksandru Rayku (Rumıniya) / Daniel Karqnin (Braziliya) cütünün qalibi, Heydərov isə Abdul Malik Umayev (Belçika) / Ali Abdelmouati (Misir) görüşünün güclüsü ilə qarşılaşacaq.

Qeyd edək ki, Azərbaycan mundialda 11 cüdoçu ilə təmsil olunur. İlk iki yarış günündə Kəramət Hüseynov (60 kq), Orxan Səfərov, Yaşar Nəcəfov (hər ikisi 66 kq), Leyla Əliyeva (48 kq) və Gültac Məmmədəliyeva (52 kq) medal qazana bilməyiblər. Dünya çempionatı oktyabrın 13-də başa çatacaq.

Bənzər xəbərlər