featured-image-8446

“Gələn il dünya iqtisadiyyatı tənəzzül edə bilər”.

Bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) idarəedici direktoru Kristalina Qeorqiyeva və Dünya Bankının (DB) prezidenti Devid Melpas məlumat verib.

“Gələn il real qlobal tənəzzül riski təhlükəsi var. Avropada inkişaf etmiş ölkələrin iqtisadiyyatları yavaşlayır. Gələn il bunun hara yönləndiyini görəcəyik”, – deyə Malpas bildirib.

“Mən sizinlə tam razıyam ki, tənəzzül riski artıb”, – deyə Qeorqiyeva öz növbəsində vurğulayıb.

BVF rəhbəri qeyd edib ki, qlobal iqtisadiyyatda yavaşlama nəticəsində “silinə biləcək” ümumi məbləğ indiki zamanla 2026-cı il arasındakı periodda 4 trilyon dollar təşkil edəcək.

“Söhbət Almaniyanın [ÜDM] ölçüsünə bərabər olan ÜDM-nin yoxa çıxmasından gedir”, – deyə Qeorqiyeva əlavə edib.

Melpas və Qeorqieva BVF və DB-nin rəhbər orqanlarının payız sessiyasının başlaması ərəfəsində canlı yayımda müzakirələr aparıblar.

Mənbə: TASS

Bənzər xəbərlər