featured-image-5000

“Gömrük nehrəmlilərdən ibarətdir” fikri siyasi təxribatdır və prezidentə qarşı yönəlib

Azərbaycan Dövlət Gömrük Komitəsi Şahin Bağırova tapşırılandan sonra 12 nəfər generalın vəzifəsi dəyişdirilib. Buna deyəcək heç bir sözüm yoxdu. Əgər cənab prezident Şahin müəllimə etimad edibsə, gömrüklə bağlı bütün səlahiyyətləri ona veribsə, o da öz səlahiyyətləri daxilində yerdəyişmələr etməyə, kimi hansı vəzifəyə qoymağa tam hüquqlu şəxsdir. Həm də həmin o kadrlarla o işləyəcək, biz yox. Bu mənada onun imza atdığı hər işə sayğıyla yanaşmaq borcumuzdu.

Mənim takıldığım tamam başqa məsələdi. Bu 12 generalın 11 nəfəri başqa-başqa regionlardandı, yalnız biri Şərurdandı, yəni Naxçıvandan (Kənan Aşurlu). O da FHN-dən gəlib.

Həmin bu generalların arasında bir nəfər də olsun, nehrəmli yoxdu. Bəs, deyirdilər DGK generallarının 98 faizi nehrəmlidi? Bunu bu yaxınlarda Rüfət Səfərovun dədəsi olacaq adam yazmışdı. Elə isə, ortaya sual çıxır: əgər gömrükdə yüksək vəzifə tutan generalların mütləq əksəriyyəti nehrəmli idisə, bəs, nehrəmli olmayan bu generallar hardan çıxdı?

 

Mən maraq xatirinə maraqlı bir araşdırma apardım. Son 10-12 ildə DGK-da general rütbəsi daşıyan şəxslər, baş idarə rəisləri, onların müavinləri, regional gömrük idarələrinin yüksək vəzifəli şəxsləri, ümumiyyətlə, bu təşkilatda ən yüksək vəzifə sayılan postlarda kimlərin olmasını araşdırdım. Təxminən 70 nəfərlik bir siyahı alındı. Çox maraqlı faktlar ortaya çıxdı – bu 70 nəfərin tam olaraq 54 nəfəri qeyri-naxçıvanlıdı. Həmin 54 nəfərdən 26 nəfəri isə general rütbəsi daşıyır. Bəhs olunan siyahıdakı 70 nəfərin içərisində vur-tut 9 nehrəmli var, onlardan da 5 nəfəri general olub. 5 nehrəmli generalın 4 nəfəri sırf gömrük mütəxəssisidi, Türkiyədə təhsil alıblar.

 

Mediada xəbər kirliliyi deyilən bir şey var ki, bu da siyasi məqsədlərə xidmət edir. Bax, dediyimiz bu məsələ, “gömrükdə yalnız nehrəmlilər olub” iddiası sırf xəbər kirliliyidi və kim(lər)insə siyasi marağına xidmət edir. Məqsəd də ölkə başçısını ən səmimi şəkildə müdafiə edən elektoratı narazı salmaqdır. Deməli, bu məntiqlə, gömrük və nehrəmlilər haqqında xəbər kirliliyi yaradılması hansısa qüvvələrin cənab prezidentə qarşı təxribatıdır.

Bu arada istərdim ki, dostlar məni düzgün anlasınlar. Mən heç də bu yazımda həbs edilən, işdən çıxarılan nehrəmli generalları müdafiə məqsədi güdmürəm. Cinayət varsa, cəzası da mütləq  olmalıdı – bu, nehrəmliyə də aiddi, bakılıya da, şəkiliyə də.

P.S. DGK-da sıravi inspektorlar, hansılar ki, ayda 500-600 manat maaş alırlar, onların içərisində nehrəmlilərin sayı çoxdu. Bu işlər isə əsla yüksək vəzifə deyil, adi fəhləlikdi.

P.S.S. Mövzuya yəqin ki, yenə qayıdacağam.

 

Fərəməz Novruzoğlu

Bənzər xəbərlər