featured-image-10645

Yaponiya və İspaniya yığmaları Qətərdə keçirilən dünya çempionatında 1/8 finala vəsiqə qazanıb.

“Boyuksherg” xəbər verir ki, iki kollektiv E qrupunun son turunda üz-üzə gəlib.

Qarşılaşma Asiya təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu nəticədən sonra yaponiyalılar 6 xalla qrup lideri olublar. 4 xalı olan ispaniyalılar isə 2-ci yerin sahibi kimi pley-offa adlayıblar.

Qeyd edək ki, 1/8 finalda Yaponiya Xorvatiya ilə, İspaniya isə Mərakeşlə qarşılaşacaq.

22:33

Qətərdə keçirilən dünya çempionatının E qrupunun III turunda üz-üzə gələcək Yaponiya və İspaniya yığmalarının start heyətləri açıqlanıb.

“Boyuksherg”in məlumatına görə, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar:

Yaponiya: Şuiçi Qonda (q), Yuto Naqatomo, Maya Yoşida (k), Ko İtakura, Daiçi Kamada, Syoqo Taniquti, Ao Tanaka, Hidamesa Morita, Dzünyo İto, Daydzen Maeda, Takefuso Kubo

İspaniya: Unay Simon, Sesar Asplikueta, Rodri, Alexandro Balde, Pau Torres, Qavi, Serxio Busgets, Pedri, Dani Olmo, Alvaro Morata, İnyaki Uilyams

Qeyd edək ki, qarşılaşma saat 23:00-da start götürəcək.

Qətərdə keçirilən dünya çempionatının E qrupunun III turunda Yaponiya – İspaniya matçında ilk hissə başa çatıb.

Bənzər xəbərlər