DÇ-2022: Yaponiya Almaniyaya qalib gəldi - YENİLƏNİB + VİDEO
Qətərdə təşkil olunan futbol üzrə dünya çempionatında daha bir sensasiyalı nəticə qeydə alınıb.
“Boyuksherg” xəbər verir ki, günün ikinci oyunu E qrupunda Almaniya seçməsi ilə Yaponiya komandası arasında olub. Görüş Yaponiya seçməsinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Oyunda ilk qolu 33-cü dəqiqədə penaltidən Almaniya təmsilçisi İlkay Gündoğan vurub. Qalib komandadan isə 76-cı dəqiqədə Ritsu Doan tarazlığı bərpa edib. Onun komanda yoldaşı Takuma Asano 83-cü dəqiqədə qələbə qolunu vurub.
Qeyd edək ki, günün ilk matçında, F qrupunda Xorvatiya-Mərakeş qarşılaşması qolsuz bərabərliklə yekunlaşmışdı.
16:36
Qətərdə keçirilən dünya çempionatının E qrupunun ilk turunda üz-üzə gələcək Almaniya və Yaponiya yığmalarının start heyətləri açıqlanıb.
Komandalar meydana aşağıdakı heyətlərlə çıxacaqlar.
Almaniya: 1. Manuel Noyer (q) (k), 2. Antonio Rüdiger, 3. David Raum, 15. Niklas Süle, 23. Niko Şlotterbek, 6. Coşua Kimix, 21. İlkay Gündoğan, 10. Serj Qnabri, 14. Camal Musiala, 13. Tomas Müller, 7. Kai Havertz
Yaponiya: 12. Şuiçi Qonda (q), 5. Yuto Naqatomo, 22. Maya Yoşida (k), 19. Hiroki Sakai, 4. Ko İtakura, 6. Vataru Endo, 26. Hiroki İto, 15. Daiçi Kamada, 17. Ao Tanaka, 11. Takefusa Kubo, 25. Daizen Maeda
Qeyd edək ki, Almaniya – Yaponiya oyunu saat 17:00-da start götürəcək.