DÇ-2022: Xorvatiya millisi Yaponiyaya qalib gələrək 1/4 finala yüksəlib - YENİLƏNİB + VİDEO
Xorvatiya millisi Qətərdə keçirilən dünya çempionatında 1/4 final mərhələsinə vəsiqə qazanıb.
Avropa təmsilçisi 1/8 finalda Yaponiyanı mübarizədən kənarlaşdırıb.
Matçın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Yaponiyalılardan Daydzen Maedanın 44-cü dəqiqədə vurduğu qola İvan Perişiç 55-ci dəqiqədə cavab verib. Əsas vaxtda qalib müəyyənləşmədiyindən əlavə vaxt oynanılıb.
Tablodakı rəqəmlər dəyişmədiyindən penaltilər seriyasından istifadə olunub. Burada daha dəqiq oynayan (4:1) Xorvatiya yığması adını növbəti mərhələyə yazdırıb.
Qeyd edək ki, Xorvatiya yığması 1/4 finalda Braziliya – Cənubi Koreya duelinin qalibi ilə qarşılaşacaq. Bu gün keçiriləcək matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
17:57
Qətərdə keçirilən dünya çempionatının 1/8 final mərhələsində üz-üzə gələcək Yaponiya və Xorvatiya yığmalarının start heyətləri açıqlanıb.
“Boyuksherg” xəbər verir ki, komandalar meydana aşağıdakı heyətlərlə çıxacaqlar:
Yaponiya: 12. Şuiçi Qonda, 5. Yuto Naqatomo, 22. Maya Yoşida, 15. Daiçi Kamada, 16. Takehiro Tomiyasu, 3. Syoqo Taniquti, 6. Vataru Endo, 13. Hidamesa Morita, 8. Ritsu Doan, 14. Dzünyo İto, 25. Daydzen Maeda
Xorvatiya: 1. Dominik Livakoviç, 22. Yosip Yuranoviç, 3. Borna Barişiç, 6. Deyan Lovren, 20. Yosko Qvardiol, 11. Marselo Brozoviç, 10. Luka Modriç, 8. Mateo Kovaçiç, 4. İvan Perişiç, 9. Andrey Kramariç, 16. Bruno Petkovic.
Qeyd edək ki, görüş saat 19:00-da start götürəcək.