DÇ-2022: Xorvatiya ilk qələbəsini qazanıb, Kanada mərhələ şansını itirib - YENİLƏNİB + VİDEO
Qətərdə keçirilən futbol üzrə dünya çempionatında qrup mərhələsinin ikinci turunda daha bir oyun baş tutub.
Günün üçüncü matçında F qrupunda Xorvatiya və Kanada milliləri üz-üzə gəliblər.
Avropa təmsilçisi rəqibini 4:1 hesabı ilə üstələyib. Görüşdə hesabı 2-ci dəqiqədə Kanada yığmasının heyətində Alfonso Deyvis açıb.
Xorvatların qollarını 36-cı və 70-ci dəqiqələrdə Andrey Kramariç, 44-cü dəqiqədə Marko Livaya, 90+4-cü dəqiqədə isə Lovro Mayer vurub.
Ötən mundialın finalçısı qələbə sayəsində xallarının sayını 4-ə çatdırıb və liderliyə yüksəlib. İkinci sıradakı Mərakeş kollektivinin də eyni xalı var. Belçika 3 xalla üçüncü yerdədir. Xalı olmayan Kanada kollektivi növbəti mərhələ şanslarını itirib.
19:12
Qətərdə keçirilən dünya çempionatının F qrupunun ikinci turunda üz-üzə gələcək Xorvatiya və Kanada yığmalarının start heyətləri açıqlanıb.
“Boyuksherg”in məlumatına görə, komandalar matça aşağıdakı “11-lik”lərlə başlayacaqlar:
Xorvatiya: Livakovic, Juranovic, Lovren, Gvardiol, Sosa, Modric, Brozovic, Kovacic, Livaja, Perisic, Kramaric.
Kanada: Borjan; Laryea, Johnston, Vitoria, Miller, Davies; Buchanan, Hatçinson, Eustaquio, Larin; David.
Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.