featured-image-10449

Seneqal millisi Qətərdə keçirilən dünya çempionatında 1/8 final mərhələsinə vəsiqə qazanıb. 

Afrika təmsilçisi A qrupunun sonuncu – III turunda Ekvadorla üz-üzə gəlib. Qarşılaşma Seneqalın 2:1 hesablı qələbəsi ilə bitib. Komandanın qollarını 44-cü dəqiqədə penaltidən İsmaila Sarr və 70-ci dəqiqədə Kalidu Kulibali vurub. Cənubi amerikalılarda isə Moises Kaysedo 67-ci dəqiqədə fərqlənib.

Seneqal kollektivi 6 xalla qrup ikincisi kimi pley-offa yüksəlib və növbəti raundda B qrupunun lideri ilə görüşəcək.

17:57

Qətərdə keçirilən dünya çempionatının A qrupunun II turunda üz-üzə gələcək Ekvador və Seneqal yığmalarının start heyətləri açıqlanıb.

“Boyuksherg” xəbər verir ki, komandalar meydana aşağıdakı heyətlərlə çıxacaqlar:

Ekvador: 1. Hernan Kalindez (q), 23. Moises Kaysedo, 11. Miçel Estrada, 7. Pervis Estupinan, 21. Alan Franko, 8. Karlos Qruezo, 3. Pedro Hinkeyp, 19. Qonzalo Plata, 17. Angeo Presiado, 2. Feliks Torres, 13. Ener Valensiya (k)

Seneqal: 16. Eduard Mendi, 11. Pate Siss, 9. Bulaye Dia, 22. Abdu Diallo, 5. İdrissa Queye, 26. Pape Queyye, 14. İsmail Yakobs, 3. Kalidu Kulibali (k), 13. İliman Ndiaye, 21. Yussuf Sabali, 18. İsmaila Sarr

Qeyd edək ki, görüş saat 19:00-da start götürəcək.

Bənzər xəbərlər