featured-image-10364

Qətərdə keçirilən dünya çempionatının H qrupunda II tura start verilib.

“Boyuksherg” xəbər verir ki, turun ilk oyununda Qana millisi Cənubi Koreya ilə qarşılaşıb. Görüş Afrika təmsilçisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

İlk qolu 24-cü dəqiqədə Məhəmməd Salisu vurub. 10 dəqiqə sonra Məhəmməd Kudus ikinci topu asiyalıların qapısından keçirib. İlk hissə bu hesabla yekunlaşıb.

İkinci yarıya daha yaxşı başlayan Cənubi Koreya yığması Sun Kyu Çonun 58 və 61-ci dəqiqələrdə vurduğu qollarla hesabı bərabərləşdirib. Matçda son nöqtəni isə Kudus qoyub. Niderland “Ayaks”ında çıxış edən yarımmüdafiəçi 68-ci dəqiqədə yekun hesabı müəyyənləşdirib. Bu nəticədən sonra Qana 3 xalla 2-ci pilləyə yüksəlib. 1 xalı olan Cənubi Koreya seçməsi isə sonuncudur.

Qeyd edək ki, bu qrupda II turun digər oyunu Portuqaliya və Uruqvay yığmaları arasında olacaq.

16:17

Qətərdə keçirilən dünya çempionatının H qrupunun ikinci turunda üz-üzə gələcək Cənubi Koreya və Qana yığmalarının start heyətləri açıqlanıb.

“Boyuksherg” xəbər verir ki, komandalar matça aşağıdakı heyətlərlə başlayacaqlar:

Cənubi Koreya: 1. Kim Sunqyu, 3. Kim Jin Su, 19. Kim Yunq Qvon, 4. Kim Min Ji, 15. Kim Mun Hvan, 6. Hvan İn Beom, 5. Yung Vu Yunq, 22. Hun Çan Kvon, 25. Yun Vu Yonq, 7. Hın Min Son, 9. Sun Kyu Ço

Qana: 1. Laurens Aitiziqi, 14. Cideon Mensah, 4. Mohammed Salisu, 18. Daniel Amarte, 2. Tariq Lampte, 21. Salis Abdulsamed, 20. Mohammed Kudus, 5. Tomas Parte, 9. Cordan Ayu, 19. İnaki Uillyams, 10. Andre Ayu

Qeyd edək ki, oyun saat 17:00-da start götürəcək.

Bənzər xəbərlər