DÇ-2022: Portuqaliya Uruqvaya qalib gəlib 1/8 finala vəsiqəni təmin etdi - YENİLƏNİB + VİDEO
Portuqaliya millisi Qətərdə keçirilən dünya çempionatında 1/8 finala vəsiqəni təmin edib.
“Boyuksherg” xəbər verir ki, Fernandu Santuşun başçılıq etdiyi kollektiv buna H qrupunun II tur oyununda Uruqvayı 2:0 hesabı ilə məğlub etməklə nail olub. Brunu Fernandeşin vurduğu qollar pireneyliləri sona bir tur qalmış pley-offa daşıyıb.
28 yaşlı yarımmüdafiəçi 54-cü dəqiqədə hesabı açıb. 90+3-cü dəqiqədə isə penaltini dəqiq yerinə yetirən Fernandeş yekun hesabı müəyyənləşdirib.
Bu qələbədən sonra xallarını 6-ya çatdıran Pireney təmsilçisi liderliyini qoruyub. 1 xalı olan Uruqvay və Cənubi Koreya yığmaları 3-4-cü yerləri bölüşdürür. Qana seçməsi isə 3 xalla ikincidir.
Qeyd edək ki, daha əvvəl Fransa və Braziliya milli komandaları vaxtından əvvəl qrupdan çıxmağı rəsmiləşdirib.
22:26
Qətərdə keçirilən dünya çempionatının H qrupunun II turunda üz-üzə gələcək Portuqaliya və Uruqvay yığmalarının start heyətləri açıqlanıb.
“Boyuksherg”in məlumatına görə, komandalar meydana aşağıdakı “11-liklər”lə çıxacaq:
Portuqaliya: Dioqu Koşta, Pepe, Nunu Mendeş, Joau Kanselu, Ruben Diaş, Ruben Neveş, Vilyam Karvalyu, Brunu Fernandeş, Bernardu Silva, Joau Feliks, Kriştianu Ronaldu
Uruqvay: Serxio Roçet, Rodriqo Bentankur, Xose Mariya Ximenes, Dieqo Qodin, Matias Oliveyra, Sebastyan Koates, Darvin Nunyes, Edinson Kavani, Federiko Valverde, Matias Vesino
Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.