featured-image-10045

Portuqaliya millisi Qətərdə 2022-ci ildə keçirilən futbol üzrə dünya çempionatının qrup mərhələsinin 1-ci turunun oyununda Qana yığmasını məğlub edib.

“Boyuksherg” xəbər verir ki, Dohadakı “Stadion 974” stadionunda keçirilən görüş 3:2 hesabı ilə başa çatıb. Qalib komandanın heyətində qolları Kriştiano Ronaldo (penalti), Joao Feliks və Rafael Leau vurub. Qana komandasından qolları Andre Ayyu və Osman Bukari vurublar.

Qeyd edək ki, qrupun digər görüşündə Uruqvay və Cənubi Koreya yığmaları 0:0 hesablı heç-heçə edib.

19:30

Qətərdə keçirilən dünya çempionatının H qrupunun ilk turunda üz-üzə gələcək Portuqaliya və Qana yığmalarının start heyətləri açıqlanıb.

“Boyuksherg” xəbər verir ki, komandalar meydana aşağıdakı “11-liklər”lə çıxacaq:

Portuqaliya: Dioqu Koşta, Rafael Gerreyro, Danilo Pereyra, Joau Kanselu, Ruben Diaş, Ruben Neveş, Brunu Fernandeş, Bernardu Silva, Joau Feliks, Otavio Monteyro, Kriştianu Ronaldu

Qana: Lourens Ati-Zigi, Əbdül-Rəhman Baba, Məhəmməd Salisu, Daniel Amarti, Aleksander Ciku, Alidu Seydu, Məhəmməd Kudus, Tomas Parti, Salis Əbdül Səməd, Andre Ayyu, İnyaki Uilyams

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Bənzər xəbərlər