featured-image-10707

Portuqaliya millisi Qətərdə keçirilən dünya çempionatının qrup mərhələsini məğlubiyyətlə başa vurub.

“Boyuksherg” xəbər verir ki, Avropa təmsilçisi H qrupunun son matçında Cənubi Koreya yığmasına 1:2 hesabı ilə uduzub.

İlk qolu 5-ci dəqiqədə Portuqaliya seçməsindən Rikardo Orta vurub. 27-ci dəqiqədə Asiya təmsilçisindən Kim Yunq Qvon tarazlığı bərpa edib. 90+1-ci dəqiqədə isə Xvan Xi Çxan qələbə qoluna imza atıb.

Bu nəticədən sonra xallarını 4-ə çatdıran Cənubi Koreya millisi 2-ci pilləyə yüksəlib. 6 xalı olan Portuqaliya hələlik ilk pillədə qərarlaşıb.

18:12

Qətərdə keçirilən dünya çempionatında üz-üzə gələcək Cənubi Koreya və Portuqaliya yığmalarının start heyətləri açıqlanıb.

“Boyuksherg” xəbər verir ki, komandalar meydana aşağıdakı heyətlərlə çıxacaq:

Cənubi Koreya: 1. Kim Sunqyu, 3. Kim Jin Su, 19. Kim Yunq Qvon, 20. Kvon Ken Von, 15. Kim Mun Hvan, 6. Hvan İn Beom, 5. Yung Vu Yunq, 18. Li Kan İn, 10. Li Ce Son, 7. Hın Min Son, 9. Sun Kyu Ço

Portuqaliya: 22. Dioqu Koşta, 3. Pepe, 24. Antonio Silva, 20. Joau Kanselu, 2. Dioqo Dalot, 16. Vitinya, 18. Ruben Neveş, 17. Joao Mariu, 23. Mateuş Nunyeş, 21. Rikardo Horta, 7. Kriştianu Ronaldu

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Bənzər xəbərlər