featured-image-10963

Qətərdə keçirilən dünya çempionatında sonuncu 1/4 finalçı Portuqaliya olub.

“Boyuksherg” xəbər verir ki, İsveçrəni 6:1 hesabı darmadağın edən pireneylilər “8-liy”in sonuncu komandası olub.

Beləliklə, dünya çempionatının 1/4 final matçında Portuqaliya və Mərakeş yığmaları qarşılaşacaq. Görüş dekabrın 10-da keçiriləcək, start fiti Bakı vaxtı ilə saat 19:00-da çalınacaq.

Digər 1/4 final oyununda İngiltərə və Fransa milliləri üz-üzə gələcək. Qarşılaşma həmçinin dekabrın 10-da baş tutsa da, Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Bir gün öncə isə Xorvatiya və Braziliya yığmaları arasında oyun baş tutacaq. Görüş Bakı vaxtı ilə saat 19:00-da sart götürəcək.

Elə həmin gün Niderland və Argentina Qətərdə keçirilən dünya çempionatında yarımfinala çıxmaq uğrunda mübarizə aparacaq. Oyunun startı Bakı vaxtı ilə saat 23:00-a təyin edilib.

22:10

Qətərdə keçirilən dünya çempionatının 1/8 finalında üz-üzə gələcək Portuqaliya və İsveçrə yığmalarının start heyətləri açıqlanıb.

“Boyuksherg”in məlumatına görə, Pireney təmsilçisinin baş məşqçisi Fernandu Santuş komandanın lideri olan Kriştianu Roanldunu ehtiyatda saxlayıb.

Beləliklə, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar:

Portuqaliya: Dioqu Koşta, Pepe, Dioqu Dalot, Ruben Diaş, Rafael Gerreyru, Vilyam Karvalyu, Bernardu Silva, Otavio Monteyro, Brunu Fernandeş, Qonsalu Ramuş, Joau Feliks

İsveçrə: Qreqor Kobel, Manuel Akanci, Fabian Şer, Rikardo Rodriges, Edimilson Fernandeş, Qranit Caka, Remo Froyler, Cerdan Şakiri, Cibril So, Brel Embolo, Ruben Varqas

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Bənzər xəbərlər