featured-image-10955

Qətərdə keçirilən dünya çempionatının 1/4 final mərhələsinə yüksələn növbəti komanda Mərakeş olub.

“Boyuksherg” xəbər verir ki, 1/8 final mərhələsi çərçivəsində keçirilən Mərakeş – İspaniya oyununun əsas və əlavə vaxtında hesab açılmayıb.

Qalibi müəyyənləşdirmək üçün penalti seriyalarına ehtiyac yaranıb. Bu zaman daha dəqiq oynayan şimali afrikalılar 1/4 finala yüksəliblər.

18:14

Qətərdə keçirilən dünya çempionatının 1/8 final mərhələsində üz-üzə gələcək Mərakeş və İspaniya yığmalarının start heyətləri açıqlanıb.

“Boyuksherg” xəbər verir ki, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar:

Mərakeş: 1. Yassin Bunu, 5. Nayef Aquerd, 6. Romen Saiss, 2. Əşrəf Hakimi, 3. Nussair Mazraui, 4. Sofyan Amrabat, 8. Azeddin Unai, 15. Sekin Amallah, 17. Sofyan Bufal, 19. Yussuf En-Nesiri, 7. Hakim Ziyeş

İspaniya: 23. Unai Simon, 24. Aymerik Lyaport, 18. Jordi Alba, 5. Serxio Buskets, 16. Rodri, 6. Markos Lyorente, 9. Qavi, 26. Pedri, 10. Marko Asensio, 21. Dani Olmo, 11. Ferran Torres

Qeyd edək ki, qarşılaşma saat 19:00-da başlayacaq.

Bənzər xəbərlər