featured-image-10270

Qətərdə keçirilən futbol üzrə dünya çempionatında qrup mərhələsinin ikinci turunda daha bir oyun baş tutub.

Günün ikinci matçında F qrupunda Belçika və Mərakeş komandaları üz-üzə gəliblər.

Mərakeş rəqibini 2:0 hesabı ilə üstələyib.

73-cü dəqiqədə Abdelhamid Sabiri, 90+2-ci dəqiqədə isə Zakariya Abuhlyal fərqlənib.

Afrika təmsilçisi xallarının sayını dördə çatdırıb və liderliyə yüksəlib. Belçika üç xalla ikinci, Xorvatiya bir xalla üçüncü sıradadır. Xalı olmayan Kanada seçməsi sonuncu yerdədir.

Qrupun digər görüşündə Xorvatiya Kanada ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

15:46

Qətərdə keçirilən dünya çempionatının F qrupunun ikinci turunda üz-üzə gələcək Belçika və Mərakeş yığmalarının start heyətləri açıqlanıb.

“Boyuksherg”in məlumatına görə, komandalar matça aşağıdakı “11-lik”lərlə başlayacaqlar:

Belçika: Tibo Kurtua, Toma Mönye, Tobi Alderveyreld, Yan Vertongen, Timoti Kastan, Amadu Onana, Aksel Vitsel, Eden Azar, Torqan Azar, Mişi Batşuayi, Kevin De Brüyne

Mərakeş: Yassin Bunu, Əşrəf Hakimi, Nayef Aquerd, Romen Saiss, Nussair Mazraui, Sofyan Amrabat, Unai Azzedin, Sekin Amallah, Hakim Ziyeş, Yussuf En-Nesiri, Sofyan Bufal

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Bənzər xəbərlər