DÇ-2022: Kosta Rika Yaponiyaya qalib gəldi - YENİLƏNİB + VİDEO
Bu gün futbol üzrə Qətərdə keçirilən Dünya Çempionatının qrup mərhələsi çərçivəsində növbəti oyun keçirilib.
“Boyuksherg” xəbər verir ki, E qrupunda yer alan Yaponiya millisi və Kosta-Rika yığması qarşılaşıblar. Oyun Kosta-Rika komandasının qələbəsi ilə yekunlaşıb – 1:0.
Oyunda yegənə qolu Keyşer Fuller Spenser (81-ci dəqiqə) vurub.
13:07
Qətərdə keçirilən dünya çempionatının E qrupunun ikinci turunda üz-üzə gələcək Yaponiya və Kosta Rika yığmalarının start heyətləri açıqlanıb.
“Boyuksherg”in məlumatına görə, komandalar matça aşağıdakı “11-lik”lərlə başlayacaqlar:
Yaponiya: 12. Şuiçi Qonda (q), 2. Miki Yamane, 5. Yuto Naqatomo, 22. Maya Yoşida (k), 4. Ko İtakura, 6. Vataru Endo, 8. Ritsu Doan, 13. Hidemasa Morita, 15. Daiçi Kamada, 24. Yuki Soma, 21. Ayase Ueda
Kosta Rika: 1. Keylor Navas, 19. Kendal Vaston Manle, 6. Oskar Duarte, 15. Fransisko Kalve, 8. Brayan Ovyedo, 13. Gerson Torres, 17. Yeltsin Texeda, 5. Selso Borxes, 4. Keyşer Fuller, 7. Antoni Kontreas, 17. Joel Kempbell
Qeyd edək ki, qarşılaşma saat 14:00-da start götürəcək.