featured-image-10347

Qətərdə keçirilən futbol üzrə dünya çempionatı davam edir.

“Boyuksherg” xəbər verir ki, mundialın G qrupunun ikinci turu çərçivəsində Kamerun və Serbiya milli komandaları üz-üzə gəliblər. Qarşılıqlı hücumlar şəraitində keçən oyunda 3:3 hesablı heç-heçə qeydə alınıb.

Kamerun yığmasının heyətində Erik Maksim Şupo-Motinq, Vensan Abubakar, Jan-Şarl Kastelletto fərqləniblər. Serbiyanın qollarını isə Aleksandar Mitroviç, Sergey Milinkoviç-Saviç və Straxinya Pavloviç vurublar.

G qrupunun digər qarşılaşması Braziliya yığması ilə İsveçrə seçməsi arasında olacaq. Matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

13:13

Qətərdə keçirilən dünya çempionatının G qrupunun ikinci turunda üz-üzə gələcək Kamerun və Serbiya yığmalarının start heyətləri açıqlanıb.

“Boyuksherg” xəbər verir ki, komandalar matça aşağıdakı “11-lik”lərlə başlayacaqlar:

Kamerun: 16. Devis Epassi, 19. Kollins Fai, 21. Şarles Kastellito, 3. Nikolas Nkulu, 25. Nuhu Tolo, 15. Pyer Malonq Kunde, 8. Zambo Angiza, 18. Martin Honqla, 20. Brayan Mbeumo, 13. Erik Çupo-Motinq, 12. Toko Ekambi

Serbiya: 23. Vanya Milinkoviç-Saviç, 2. Strahinya Pavloviç, 5. Miloş Velikoviç, 4. Nikola Milenkoviç, 17. Filip Kostiç, 6. Nemanya Maksimoviç, 16. Saşa Lukiç, 14. Andriya Jivkoviç, 20. Sergey Milinkoviç-Saviç, 9. Aleksandr Mitroviç, 10. Duşan Tadiç

Qeyd edək ki, oyun saat 14:00-da start götürəcək.

Bənzər xəbərlər