featured-image-10018

Qətərdə keçirilən futbol üzrə dünya çempionatının G qrupunda mübarizəyə start verilib.

“Boyuksherg” xəbər verir ki, qrupun ilk oyununda İsveçrə və Kamerun yığmaları üz-üzə gəliblər. Qarşılıqlı hücumlar şəraitində keçən oyunda İsveçrə millisi minimal hesablı qələbə qazanıb – 1:0. Oyunda yeganə qolu 48-ci dəqiqədə İsveçrə millisinin Kamerun əsilli futbolçusu Bril Embolo vurub. Doğma vətəninin qapısına yol tapan Embolo bu qola sevinməyib.

Qrupun digər matçında Braziliya Serbiyanı sınağa çəkəcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

13:39

Qətərdə keçirilən dünya çempionatının G qrupunun I turunda üz-üzə gələcək İsveçrə və Kamerun yığmalarının start heyətləri açıqlanıb.

Komandalar meydana aşağıdakı heyətlərlə çıxacaqlar:

İsveçrə: Yann Zommer, Silvan Vidmer, Niko Elvedi, Manuel Akanci, Rikardo Rodriges, Qranit Caka, Remo Froyler, Cibril So, Bril Embolo, Cerdan Şakiri, Ruben Varqas

Kamerun: Andre Onana, Nuxu Tolo, Nikolya N Kulu, Jan-Şarl Kastelletto, Kollins Fay, Samuel Que, Martin Onqla, Andre Zambo-Angissa, Brian Mbyomo, Erik Şupo-Motinq, Karl Toko Ekambi

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

Bənzər xəbərlər