DÇ-2022: İspaniya - Almaniya matçında qalib müəyyənləşməyib - YENİLƏNİB + VİDEO
Qətərdə keçirilən dünya çempionatının E qrupunun ikinci turunda İspaniya yığması Almaniya millisi ilə qarşılaşıb.
Görüş 1:1 hesablı bərabərliklə başa çatıb. Matçın 62-ci dəqiqəsində Alvaro Morata İspaniyanı hesabda önə çıxarıb. 83-cü dəqiqədə isə Niklas Füllkrüq Almaniyanın bərabərlik qoluna imza atıb.
Bu nəticə ilə xallarının sayını 4-ə yüksəldən İspaniya yığması qrupda ilk pillədəki yerini qoruyub. Hərəsinin 3 xalı olan Yaponiya və Kosta Rika uyğun olaraq 2 və 3-cü yerləri bölüşüblər. Almaniyanın isə 1 xalı var və sonuncu pillədə qərarlaşıb.
Qrupun son oyunlarında Almaniya Kosta Rika, Yaponiya isə İspaniya ilə qarşılaşacaq.
22:15
Qətərdə keçirilən dünya çempionatının E qrupunun ikinci turunda üz-üzə gələcək İspaniya və Almaniya yığmalarının start heyətləri açıqlanıb.
“Boyuksherg”in məlumatına görə, komandalar matça aşağıdakı “11-lik”lərlə başlayacaqlar:
Almaniya: Neuer – Kehrer, Süle, Rüdiger, Raum – Kimmich, Goretzka – Musiala, Gündogan, Gnabry – Müller
İspaniya: U.Simon – Carvajal, Rodri, Laporte, Alba – Gavi, Busquets, Pedri – Asensio, Olmo, Ferran
Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.