featured-image-10120

Qətərdə keçirilən dünya çempionatının qrup mərhələsində II tura start verilib.

“Boyuksherg” xəbər verir ki, günün ilk matçında B qrupunda İran və Uels yığmaları üz-üzə gəlib.

Qarşılaşma Asiya təmsilçisinin 2:0 hesablı qələbəsi ilə bitib. Britaniya təmsilçisinin qapıçısı Ueyn Hennessi 86-cı dəqiqədə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub. 90+8-ci dəqiqədə Ruzbe Çeşmi, 90+11-ci dəqiqədə isə Ramin Rezaeian fərqlənib.

Bu nəticədən sonra xallarının sayını üçə çatdıran İran ikinci pilləyə yüksəlib. Uels isə ABŞ-la birlikdə bir xalda qalıb. Qrupa üç xalla İngiltərə başçılıq edir. Bu qrupda İngiltərə – ABŞ oyunu da gerçəkləşəcək. Matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

13:14

Qətərdə keçirilən dünya çempionatının B qrupunun II turunda üz-üzə gələcək Uels və İran milli komandalarının start heyətləri açıqlanıb.

Oxu.Az xəbər verir ki, komandalar meydana aşağıdakı heyətlərlə çıxacaq:

Uels: 1. Ueyn Hennessi, 5. Kris Mefam, 6. Co Rodon, 4. Ben Deyvis, 14. Konnor Roberts, 15. İtan Ampadu, 10. Aaron Remzi, 8. Harri Uilson, 3. Neko Uillyams, 11. Qaret Beyl (k), 13. Kiffer Mur

İran: 20. Hüseyn Hüseyni, 3. Ehsan Həcsəfi, 5. Milad Muhammədi, 23. Ramin Rezaeyan, 19. Macid Hüseyni, 6. Səid İzzətulahi, 17. Əli Quluzadə, 21. Əhməd Nurullahi, 20. Sərdar Azmun, 9. Mehdi Taremi, 8. Murtaza Purilaqanji.

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

Bənzər xəbərlər