featured-image-10460

İngiltərə millisi Qətərdə keçirilən dünya çempionatında 1/8 finala yüksəlib. 

İngilislər buna B qrupunun III turunda Uelslə oyunda 3:0 hesablı qələbə qazanaraq nail olublar. Bu nəticə ilə xallarının sayını 7-ə yüksəldən Qaret Sautqeytin komandası qrup lideri kimi növbəti mərhələyə çıxıb.

1/8 finalda İngiltərənin rəqibi A qrupunda ikinci yeri tutmuş Seneqal yığması olacaq.

22:12

Qətərdə keçirilən dünya çempionatının B qrupunun III turunda qarşılaşacaq Uels və İngiltərə yığmalarının start heyətləri açıqlanıb.

“Boyuksherg”in məlumatına görə, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar.

Uels: 12. Denni Uard, 3. Neko Uilliams, 4. Ben Deyvis, 5. Kris Mefam, 6. Co Rodon, 7. Co Allen, 10. Aaron Remzi, 11. Qaret Beyl, 13. Kiffer Mur, 15. Etan Ampadu, 20. Daniel Ceyms

İngiltərə: 1. Cordan Pikford, 2. Kayl Uolker, 3. Luk Şou, 4. Deklan Rayz, 5. Con Stounz, 6. Herri Maquayr, 8. Cordan Henderson, 9. Harri Keyn, 11. Markus Reşford, 20. Fil Foden, 22. Cud Bellingem

Qeyd edək ki, oyun saat 23:00-da başlayacaq.

Bənzər xəbərlər