featured-image-10170

Bu gün DÇ-2022-nin A qrupunda II tura yekun vurulub.

“Boyuksherg” xəbər verir ki, mundialın 6-cı oyun gününün son qarşılaşmasında İngiltərə və ABŞ görüşüb.

Çempionatın favoritlərindən olan Qaret Sautqeytin yetirmələri 1/8 finala vəsiqəni öncədən təmin edə bilərdi. Bunun üçün futbolun yaradıcılarına istənilən hesabla qələbə qazanmaq kifayət idi. Lakin britaniyalılar tapşırığın öhdəsindən gələ bilməyib. Tərəflərin səylərinə baxmayaraq oyunda hesab açılmayıb.

Qeyd edək ki, B qrupunun digər görüşündə Uels və İran qarşılaşıb. Matç asiyalıların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

DÇ-2022, qrup mərhələsi
25 noyabr, II tur
B qrupu
23:00. İngiltərə – ABŞ 0:0

22:43

Qətərdə keçirilən dünya çempionatının B qrupunun II turunda üz-üzə gələcək İngiltərə və ABŞ yığmalarının start heyətləri bəlli olub.

“Boyuksherg” xəbər verir ki, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar:

İngiltərə: Cordan Pikford (q), Kiran Tripyer, Con Stounz, Harri Maquayr, Lyuk Şou, Deklan Rays, Cud Bellingem, Bukayo Saka, Meyson Maunt, Rahim Sterlinq, Harri Keyn (k)

ABŞ: Mett Terner (q), Serjinyo Dest, Uoker Tsimmerman, Tayler Adams (k), Entoni Robinson, Yunus Musa, Ueston Makkenni, Kristian Pulişiç, Tim Rim, Timoti Vea, Haci Rayt

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Bənzər xəbərlər