featured-image-10834

Qətərdə keçirilən dünya çempionatının 1/8 final mərhələsinin İngiltərə – Seneqal matçı başa çatıb.

Bu tərəflərin ilk rəsmi qarşılaşması kimi yadda qalıb. Oyun 3:0 avropalıların qələbəsi ilə başa çatıb.

Növbəti mərhələdə İngiltərə yığması Fransa ilə qarşılaşacaq.

Dünya çempionatı-2022
1/8 final
İngiltərə – Seneqal 3:0
Qol: Cordan Henderson, 38. Harri Keyn, 45+3. Bukayo Saka, 57.
Baş hakim: İvan Barton (Salvador).
“Əl-Bayt” stadionu.

22:08

Qətərdə keçirilən dünya çempionatının 1/8 final oyununda üz-üzə gələcək İngiltərə və Seneqal yığmalarının start heyətləri açıqlanıb.

“Boyuksherg”in məlumatına görə, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar:

İngiltərə: 1. Cordan Pikford, 2. Kayl Uolker, 3. Luk Şou, 4. Deklan Rayz, 5. Con Stounz, 6. Herri Maquayr, 8. Cordan Henderson, 9. Harri Keyn, 17. Bukayo Saka, 20. Fil Foden, 22. Cud Bellingem

Seneqal: 16. Eduard Mendi, 11. Pate Siss, 9. Bulaye Dia, 22. Abdu Diallo, 6. Nampali Mendi, 14. İsmail Yakobs, 15. Krepin Diatta, 3. Kalidu Kulibali (k), 13. İliman Ndiaye, 18. İsmaila Sarr, 21. Yussuf Sabali

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Bənzər xəbərlər