featured-image-10800

Bu gün Dünya çempionatının 1/8 final mərhələsində Fransa və Polşa yığmaları üz-üzə gəliblər.

“Boyuksherg” xəbər verir ki, oyunun 44-cü dəqiqəsində Fransada Olivye Jiru hesabı açıb – 1:0.

Mbappe 74-cü dəqiqədə fransızların üstünlüyünü artırıb – 2:0.

Mbappe 90-cı dəqiqədə daha bir qola imza atıb – 3:0

90+5-də Polşa millisi penaltidən fərqi azaldıb – 3:1.

Beləliklə, oyun bu hesabla başa çatıb və Fransa millisi 1/4-ə yüksəlib.

Fransızlar bu gün oynanacaq İngiltərə- Seneqal qarşılaşmasının qalibi ilə 1/4-də “döyüş”əcək.

19:02

Qətərdə keçirilən dünya çempionatının 1/8 final oyununda üz-üzə gələcək Fransa və Polşa yığmalarının start heyətləri açıqlanıb.

“Boyuksherg”in məlumatına görə, komandalar matça aşağıdakı “11-lik”lərlə başlayacaqlar:

Fransa: Uqo Loris (K), Jül Kunde, Dayo Upamekano, Rafael Varan, Teo Ernandes, Orelyen Çuameni, Adrien Rabyo, Antuan Qrizmann, Kilian Mbappe, Usman Dembele, Olivye Jiru

Polşa: Voytsex Şesnı, Bartoş Bereşinski, Kamil Qlik, Metti Keş, Pşemıslav Frankovski, Yakub Kivyor, Qjeqoj Krıxovyak, Robert Levandovski (K), Pyotr Zelinski, Sebastian Şimanski, Yakub Kaminski

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Bənzər xəbərlər