DÇ-2022: Fransa millisi Avstraliyanı darmadağın edib - YENİLƏNİB + VİDEO
Qətərdə keçirilən dünya çempionatının D qrupunda ilk tura yekun vurulub.
“Boyuksherg” xəbər verir ki, qrupun 2-ci oyununda Fransa millisi Avstraliyanı darmadağın edib – 4:1.
Hesabı 9-cu dəqiqədə Kreyq Qudvinin vurduğu qolla avstraliyalılar açıblar. 27-ci dəqiqədə Adrian Rabyo tarazlığı bərpa edib. 32-ci dəqiqədə Olivye Jiru fransızları hesabda önə keçirib. 68-ci dəqiqədə Kilian Mbappe 3-cü dəfə rəqibi meydanın mərkəzinə dəvət edib. Son nöqtəni isə 71-ci dəqiqədə Jiru qoyub.
Bu nəticədən sonra Fransa yığması 3 xalla turnir cədvəlinə başçılıq edir. Danimarka və Tunis hərəyə 1 xalla 2-3-cü yerləri bölüşdürür. Xalı olmayan Avstraliya isə sonuncu sırada qərarlaşıb.
22:43
Qətərdə keçirilən dünya çempionatının D qrupunun ilk turunda üz-üzə gələcək Fransa və Avstraliya yığmalarının start heyətləri açıqlanıb.
FIFA-nın rəsmi saytında verilən məlumatına görə, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaq:
Fransa: Uqo Loris (K), Benjamin Pavar, Dayo Upamekano, İbrahim Konate, Lukas Ernandes, Orelyen Tçuameni, Adrien Rabyo, Antuan Qrizmann, Kilian Mbappe, Usman Dembele, Olivye Jiru
Avstraliya: Metyu Rayan (K), Nataniel Atkinson, Aziz Behiç, Mitçell Dyuk, Kreyq Qudvin, Cekson İrvin, Mettyu Leki, Rayli Makqri, Aaron Muy, Kay Rouls, Harri Suttar
Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.