featured-image-10178

Qətərdə təşkil olunan dünya çempionatında bu gün daha dörd oyun keçiriləcək.

C və D qruplarında II turun qarşılaşmaları baş tutacaq.

Günün ilk matçı D qrupuna təsadüf edəcək. Bakı vaxtı ilə saat 14:00-da başlayacaq görüşdə Tunis millisi Avstraliyanı sınağa çəkəcək. Bu qrupun digər oyununda isə Fransa və Danimarka yığmaları üz-üzə gələcəklər.

C qrupunda II tura Polşa-Səudiyyə Ərəbistanı matçı ilə start veriləcək. Digər qarşılaşmada isə ilk turda gözlənilmədən uduzan Argentina yığması Meksika ilə münasibətlərinə aydınlıq gətirəcək.

DÇ-2022

Qrup mərhələsi, II tur

C qrupu

17:00. Polşa-Səudiyyə Ərəbistanı

Baş hakim: Vilton Sampayo (Braziliya)

“Edyukeyşn Siti” stadionu

23:00. Argentina – Meksika

Baş hakim: Daniele Orsato (İtaliya)

“Lusail” stadionu

Xal durumu: Səudiyyə Ərəbistanı – 3, Polşa – 1, Meksika – 1, Argentina – 0.

D qrupu

14:00. Tunis-Avstraliya

Baş hakim: Daniel Zibert (Almaniya)

“Əl-Canub” stadionu

20:00. Fransa – Danimarka

Baş hakim: Şimon Marçinyak (Polşa)

“Stadium 974”

Xal durumu: Fransa – 3, Danimarka- 1, Tunis – 1, Avstraliya – 0.

Bənzər xəbərlər