featured-image-10521

Qətərdə keçirilən dünya çempionatında Tunis və Fransa yığmaları arasında D qrupunun III tur oyununda kuryoz hadisə baş verib.

“Boyuksherg”in məlumatına görə, Avropa təmsilçisinin hücumçusu Antuan Qrizmannın 90+8-ci dəqiqədə vurduğu qol final fitindən sonra ləğv edilib.

Matçın baş hakimi Mettyu Konger əvvəlcə qolu qeydə alsa da, görüş başa çatdıqdan sonra VAR sistemi epizoda müdaxilə edib. Nəticədə oyundankənar vəziyyət qeydə alınıb və qol sayılmayıb.

Qeyd edək ki, görüş Tunis yığmasının 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Fransa millisi məğlubiyyətə baxmayaraq, qrupu 6 xalla ilk pillədə başa vurub.

Bənzər xəbərlər