featured-image-10235

Bu gün Qətərdə keçirilən futbol üzrə Dünya Çempionatının qrup mərhələsinin növbəti oyunu keçirilib.

Fransa və Danimarka komandaları arasında keçirilən qarşılaşmada Fransa millisi 2:1 hesablı qələbə qazanıb.

Oyunda qolları K.Mbappe (61 və 86-cı dəqiqələr) və A.Kristensen (68-ci dəqiqə) vurublar.

Beləliklə, ikinci turdan sonra D qrupunda Fransa 6 xalla birinci pillədə qərarlaşıb və növbəti mərhələyə çıxmağa haqq qazanıb. Avstraliyanın 3 xalı var və ikinci pillədədir. Hərəyə bir xal toplamış Danimarka və Tunis uyğun olaraq 3 və 4-cü yerləri bölüşdürürlər.

19:27

Qətərdə keçirilən dünya çempionatının D qrupunun ilk turunda üz-üzə gələcək Fransa və Danimarka yığmalarının start heyətləri açıqlanıb.

“Boyuksherg” FIFA-nın rəsmi saytına istinadən xəbər verir ki, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaq:

Fransa: Uqo Loris (K), Jül Kunde, Dayo Upamekano, Rafael Varan, Teo Ernandes, Orelyen Tçuameni, Adrien Rabyo, Antuan Qrizmann, Kilian Mbappe, Usman Dembele, Olivye Jiru

Danimarka: Kasper Şmeyxel, Yoaxim Andersen, Viktor Nelson, Yoakim Mehle, Andreas Kristensen, Yesper Lindström, Kristian Eriksen, Mikkel Damsqor, Andreas Kornelius, Rasmus Kristensen, Pye-Emil Hoybyerq

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Bənzər xəbərlər