featured-image-10365

Qətərdə keçirilən dünya çempionatının G qrupunun II turunda İsveçrəyə minimal hesabla qalib gələn Braziliya millisi Qətərdə keçirilən dünya çempionatında 1/8 finala vəsiqəni təmin edib.

“boyuksherg” xəbər verir ki, oyunda yeganə qolu 83-cü dəqiqədə Kazemiro vurub.

Bu qələbədən sonra xallarını 6-ya çatdıran Braziliya yığması qrup lideri kimi pley-offa adlayıb.

3 xalı olan İsveçrə seçməsi 2-ci pillədə qərarlaşıb. Kamerun və Serbiya kollektivləri isə hərəyə 1 xalla 3-4-cü yerləri bölüşdürür.

Qeyd edək ki, daha əvvəl Fransa millisi vaxtından əvvəl qrupdan çıxmağı təmin edib.

19:30

Qətərdə keçirilən dünya çempionatının G qrupunun II turunda üz-üzə gələcək Braziliya və İsveçrə milli komandalarının start heyətləri açıqlanıb.

“Boyuksherg” xəbər verir ki, komandalar meydana aşağıdakı “11-liklər”lə çıxacaqlar:

Braziliya: Alisson Bekker, Eder Militao, Tyaqo Silva, Markinyos, Kazemiro, Aleks Sandro, Fred, Lukas Paketa, Rişarlison, Rafinya, Vinisius Junior

İsveçrə: Yann Zommer, Silvan Vidmer, Niko Elvedi, Manuel Akanci, Rikardo Rodriges, Qranit Caka, Remo Froyler, Fabian Rider, Cibril So, Bril Embolo, Ruben Varqas

Qeyd edək ki, qarşılaşma saat 20:00-da start götürəcək.

Bənzər xəbərlər