DÇ-2022: Braziliya - Serbiyaya qalib gəlib - YENİLƏNİB + VİDEO
Qətərdə keçirilən dünya çempionatının G qrupunun ilk turunda Braziliya – Serbiya matçı başa çatıb.
Qarşılaşma braziliyalıların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qolları 62 və 73-cü dəqiqələrdə Rişarlison vurub.
Bu qələbə ilə ilk 3 xalını qazanan Braziliya millisi top fərqi ilə qrupda birinci pilləni ələ keçirib. İkinci İsveçrənin də 3 xalı var. Kamerun və Serbiya isə xalsızdır.
Bununla da mundialda bütün qruplarda ilk tura yekun vurulub.
22:30
Qətərdə keçirilən dünya çempionatının G qrupunun ilk turunda üz-üzə gələcək Braziliya və Serbiya milli komandalarının start heyətləri açıqlanıb.
“Boyuksherg” xəbər verir ki, komandalar meydana aşağıdakı “11-liklər”lə çıxacaq:
Braziliya: 1. Alisson Bekker, 2. Danilo, 3. Tyaqo Silva, 4. Markinyos, 5. Kazemiro, 6. Aleks Sandro, 7. Lukas Paketa, 9. Riçarlison, 10. Neymar, 11. Rafinya, 20. Vinisius Junior
Serbiya: 23. Vanya Milinkoviç-Saviç, 2. Strahinya Pavloviç, 4. Nikola Milenkoviç, 5. Miloş Velikoviç, 8. Nemanya Qudeli, 9. Aleksandr Mitroviç, 10. Duşan Tadiç, 14. Andriya Jivkoviç, 16. Saşa Lukiç, 20. Sergey Milinkoviç-Saviç, 25. Filip Mladenoviç
Qeyd edək ki, qarşılaşma saat 23:00-da start götürəcək.