featured-image-10721

Braziliya millisi Qətərdə keçirilən dünya çempionatında G qrupunu ilk pillədə tamamlayıb.

“Sambaçılar” sonuncu turda Kameruna 0:1 hesabı ilə uduzsa da, qrup qalibi olub. Yeganə qolu əsas vaxta əlavə olunmuş 2-ci dəqiqədə Vensan Abubakar vurub. 30 yaşlı forvard 1 dəqiqə sonra ikinci sarı vərəqə ilə meydandan qovulub.

Bu nəticədən sonra 6 xalı olan “sambaçılar” 1/8 finala qrup lideri kimi adlayıb. Cənubi Amerika təmsilçisi növbəti mərhələdə Cənubi Koreya yığması ilə qarşılaşacaq.

4 xalı olan Kamerun seçməsi isə 3-cü yeri tutaraq, DÇ-2022-də mübarizəni dayandırıb.

22:17

Qətərdə keçirilən dünya çempionatının G qrupunun III turunda üz-üzə gələcək Kamerun və Braziliya yığmalarının start heyətləri açıqlanıb.

“Boyuksherg”in məlumatına görə, komandalar matça aşağıdakı “11-lik”lərlə başlayacaqlar:

Kamerun: Devis Epassi, Kollins Fai, Nuhu Tolo, Pyer Malonq Kunde, Zambo Angiza, Brayan Mbeumo, Erik Şupo-Motinq, Kristofer Vu, Entso Eboss, Mumi Nqamalyo, Vensan Abubakar

Braziliya: Ederson, Eder Militao, Aleks Telles, Daniel Alves, Fred, Fabinyo, Rodriqo, Antoni, Qabriel Jezus, Qabriel Martinelli

Qeyd edək ki, oyun saat 23:00-da start götürəcək.

Bənzər xəbərlər