featured-image-9974

Bu gün futbol üzrə Qətərdə keçirilən Dünya Çempionatının qrup mərhələsi çərçivəsində növbəti oyun keçirilib.

“Boyuksherg” xəbər verir ki, F qrupunda yer alan Belçika millisi və Kanada yığması qarşılaşıblar. Oyun belçikalıların minimal hesablı qələbəsi ilə yekunlaşıb – 1:0.

Oyunda yeganə qolu Mişi Batşuayi vurub.

22:38

Qətərdə keçirilən dünya çempionatının F qrupunun ilk turunda üz-üzə gələcək Belçika və Kanada yığmalarının start heyətləri bəlli olub.

“Boyuksherg” xəbər verir ki, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar:

Belçika: Tibo Kurtua, Yan Vertongen, Tobi Alderveyreld, Leander Dendonker, Aksel Vitsel, Kevin De Brüyne, Yannik Karrasko, Timoti Kastan, Eden Azar, Mişi Batşuayi, Yuri Tilemans

Kanada: Milan Boryan, Alister Conston, Stiven Vitoriya, Kamal Miller, Cunior Hoylett, Atiba Hatçinson, Stiven Euştakiu, Riçi Lareya, Tedjon Byukenen, Conatan Devid, Alfonso Deyvis

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Bənzər xəbərlər