DÇ-2022: Argentina millisi Meksikanı məğlub edib - YENİLƏNİB + VİDEO
Qətərdə keçirilən futbol üzrə dünya çempionatında daha bir oyun baş tutub.
C qrupunun II turunda Argentina və Meksika komandaları üz-üzə gəlib.
Qarşılaşma Argentinanın 2:0 hesablı qələbəsi ilə bitib. 64-cü dəqiqədə Lionel Messi baxımlı qola imza atıb. 87-ci dəqiqədə isə Entso Fernandes fərqi daha da artırıb.
Mundialda birinci qələbəsini əldə edən “tanqoçular” ilk üç xalını qazanıb və ikinci pilləyə yüksəlib. Qrupa 4 xalla Polşa kollektivi başçılıq edir. Səudiyyə Ərəbistanı 3 xalla üçüncü, Meksika 1 xalla sonuncu sıradadır.
Sonuncu – III turda Polşa Argentina ilə, Səudiyyə Ərəbistanı isə Meksika ilə görüşəcək. Həmin matçlar noyabrın 30-da olacaq.
21:54
Qətərdə keçirilən dünya çempionatının C qrupunun II turunda üz-üzə gələcək Argentina və Meksika yığmalarının start heyətləri açıqlanıb.
“Boyuksherg”in məlumatına görə, komandalar meydana aşağıdakı “11-liklər”lə çıxacaqlar:
Argentina: Dibu Martínez, Montiel, Lisandro Martínez, Otamendi, Akunya, De Paul, Quido Rodrigez, MekAllister, Anxel Di Mariyaa, Lautaro Martinez, Lionel Messi.
Meksika: Oçoa, Arauxo, Montes, Moreno, Alvarez, Herrera, Quardado, Çavez, Qalyardo, Lozano, Veqa
Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.