featured-image-10786

Argentina millisi Qətərdə keçirilən dünya çempionatında 1/4 final mərhələsinə vəsiqə qazanıb. 

“Boyuksherg” xəbər verir ki, Lionel Skaloninin baş məşqçi olduğu komanda 1/8 finalda Avstraliyanı 2:1 hesabı ilə məğlub edib.

Cənubi Amerika təmsilçisinin qollarını 35-ci dəqiqədə Lionel Messi, 57-ci dəqiqədə Julian Alvares vurub.

Avstraliyanın heyətində isə 77-ci dəqiqədə Qudvin fərqlənib.

Komanda 1/4 finalda Niderlandla üz-üzə gələcək. Matç dekabrın 9-da baş tutacaq.

21:55

Qətərdə keçirilən dünya çempionatının 1/8 final mərhələsində qarşılaşacaq Argentina və Avstraliya yığmalarının start heyətləri açıqlanıb.

“Boyuksherg” xəbər verir ki, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar.

Argentina: 23. Emiliano Martinez, 26. Molina Nahuel, 13. Kristian Romero, 19. Nikolas Otamendi, 8. Markos Akunya, 20. Aleksis Makallister, 7. Rodriqo De Paul, 24. Entso Fernandes, 17. Papu Qomez, 10. Lionel Messi, 9. Julian Alvares

Avstraliya: 1. Metyu Rayan, 19. Harri Suttar, 4. Kay Rouls, 16. Aziz Behiç, 2. Miloş Degenek, 13. Aaron Muy, 22. Cekson İrvin, 26. Keanu Bakus, 7. Mettyu Leki, 15. Mitçell Dyuk, 14. Rayli Makqri

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Bənzər xəbərlər