featured-image-9077

Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson baş nazir postu uğrunda mübarizə aparmaq üçün ölkəsinə qayıdıb.

“Sky News” telekanalı Consonun səfərində diqqətçəkən məqamı önə çıxarıb. Belə ki, B.Conson təyyarənin ekonom sinfində səfər edib. Onun ekonom sinifdə kabinədən fotosunu yayılıb. Böyük Britaniyanın keçmiş baş nazirinin iki həftə ərzində Dominikan Respublikasında olduğu bildirilir.

“Conson həyat yoldaşı və uşaqları ilə təyyarənin arxa hissəsindəki oturacaqlardan birində əyləşib, uşaqlarından biri onun başına dırmaşır”, – deyə telekanalının məlumatında qeyd olunub.

Xatırladaq ki, oktyabrın 20-də Britaniyanın Baş naziri Liz Trass istefa verib.

Bənzər xəbərlər