featured-image-11109

Son 24 saat ərzində Tayvan hərbçiləri Çin Xalq Azadlıq Ordusunun 29 təyyarəsi və üç gəmisinin adaya yaxınlaşmasını qeydə alıblar.

“Boyuksherg” bildirir ki, bu barədə Tayvan Müdafiə Nazirliyi xəbər verib.

Bildirilir ki, 29 təyyarə, o cümlədən 18 “H-6” strateji bombardmançı adanın hava hücumundan müdafiə identifikasiya zonasına daxil olub.

Cavab olaraq Tayvan hakimiyyəti vəziyyəti izləmək üçün hava və dəniz patrulları göndərib.

Qeyd edək ki, noyabrın sonunda Tayvan hərbçiləri Xalq Azadlıq Ordusunun Hərbi Dəniz Qüvvələrinin dörd gəmi və səkkiz təyyarəsinin adaya yaxınlaşmasını qeydə almışdılar.

Bənzər xəbərlər