featured-image-10588

Çinin “Hong-6K” və Rusiyanın “Tupolev” və “Sukhoi” tipli bombardmançı təyyarələri Şərqi Çin dənizi və Yapon dənizində birgə təlimlər keçirib.

Təlimlər çərçivəsində Rusiya və Çin təyyarələri bir-birinin hərbi bazalarına eniş edib.

Yaponiya Müdafiə Nazirliyi Yaponiyanın milli hava məkanının pozulmadığını açıqlayıb.

Buna cavab olaraq Yaponiya Hava Özünümüdafiə Qüvvələrinin (ASDF) döyüş təyyarələri bölgədə havaya qalxıb.

Mənbə: “Anadolu” Agentliyi

Bənzər xəbərlər