featured-image-4818

Çin ordusunun Hərbi Hava Qüvvələrinə məxsus azı 20 təyyarə bu gün Tayvanın hava məkanı hesab edilən zonaya daxil olub.

Məlumatı Tayvan administrasiyası yayıb.

 

Hərbi manevrlər nəticəsində hər hansı insidentin qeydə alınmadığı bildirilir.

Qeyd edək ki, avqustun 4-dən etibarən Tayvan ətrafındakı günlük genişmiqyaslı hərbi təlimlərə başlayıb.

Səbəb ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana səfəri və bu səfər ətrafında Çinlə ABŞ arasında yaranan siyasi qarşıdurmadır.

Mənbə: TASS

Bənzər xəbərlər