CHP ZEHNİYƏTİNİN BÖYÜK YALANI - ERZİN MÜƏMMASI!
Zəlzələ sonrası hadisələrin ssenarisi okeanın qarşı tərəfində – şeytan yuvası Amerikada yazılıb…
Can Ataklı: “Darbe için teknik altyapı yok, Erdoğanın gitmesi için büyük bir felaket – doğal afet, büyük bir deprem, büyük bir başka doğal felaket lazım!” (02 yanvar, 2021-ci il)
Qardaş Türkiyədə böyük fəlakətlərə səbəb olan zəlzələ hadisəsi bərabərində siyasi dedi-qodular və komplo teorilərini də dövriyyəyə buraxdı. Sanki biriləri bu fürsəti gözləyirmişlər ki, bundan siyasi məqsədləri üçün istifadə etsinlər. Əslində, bu fürsəti gözləyənlər vardı: məsələn, seçki yolu ilə Ərdoğan hakimiyyətini yenə bilməyən, başda Kamal Kılıcdaroğlu olmaqla, Cümhuriyyət Xalq Partiyası və Ahmet Davutoğlu, Ali Babacan kimi digər müxalif liderlərin rəhbərlik etdiyi qərb yönlü siyasi təşkilatlar. Və təbii ki, bu təşkilatlara həm maddi, həm də siyasi dəstək verən kürəsəl güclər. O güclər ki, artıq neçə illərdi müstəqil xarici siyasət kursu götürən, Türkiyəni regional güc səviyyəsinə qaldıran Ak.Parti iqtidarını devirməyi gələcək planlarının gerçəkləşdirilməsi üçün olmazsa olmaz şərtlərdən ən mühüm, ən önəmlisi hesab edir.
Çox vaxt keçmir, bir az geriyə, iki il öncəyə qayıdaq… CHP-yə yaxınlığı ilə bilinən Türkiyənin tanınmış qələm adamlarından biri – Can Ataklı deyirdi ki, Ərdoğanı hakimiyyətdən uzaqlaşdırmağın başqa yolunu tapmalıyıq, çünki seçki yolu ilə onu məğlub etmək mümkünsüz görünür. Bu çirkin açıqlamasına görə, Can Ataklıya qarşı Türkiyənin 81 vilayətindən 100-dən çox suç duyurusunda bulundular. Doğrudur, məhkəmə onu məhkum etmədi, çünki mövcud qanunlardakı boşluqdan istifadə edən CHP-li yazar “sübut etdi” ki, o, birbaşa dövlətə qarşı açıq çağırış etməyib, sadəcə, düşüncələrini, Ərdoğanın iqtidardan getmə ehtimalını dilə gətirib. Ən yaxşısı, gəlin onu öz cümlələri ilə tanıyaq:
“Tayyip Erdoğan seçimle gider mi? Hayır! Erdoğanın seçimle bu ülkenin başından gitmesi bana göre pek mümkün gözükmüyor. Erdoğanın gitmesi için büyük bir felaket lazım, darbe için teknik altyapı yok. Büyük bir doğal afet, büyük bir deprem, büyük bir başka doğal felaket, çok büyük sel, çok büyük yangınlar, ama böyle bir orman yangını değil, mesela Avustralyayı yakan yangın vardı ya ülkenin her tarafı nerdeyse… O kadar büyük yangınlar, deprem, çok büyük çok can kaybına yol açacak sel felaketi gibi. Ama esas tabii en korkutucu olan Türkiyenin bir askeri başarısızlık elde etmesi…”
Mümkündü ki, bu sözlərdə adamı məhkum etmək üçün hüquqi əsas olmasın. Amma bəs, vicdan, milli təəssüb, vətənpərvərlik, CHP-nin siyasi fəaliyyətinin az qala baş şüarına çevirdiyi ulusal egemenlik?!
Can Ataklı konkret bu açıqlamasında “Ərdoğanın iqtidardan getməsini istəyirəm” deməsə də, həm televiziya proqramlarında, həm yutub kanalındakı çıxışlarında, həm də qələmə aldığı çoxsaylı yazılarında dəfələrlə qeyd edib ki, Ərdoğan hakimiyyətdən getməlidir. Əgər adam Ərdoğanın hakimiyyətdən seçki yolu ilə getməsinin mümkün hesab etmirsə, deməli, ən azından, Türkiyədə böyük fəlakətlərə yol açacaq zəlzələ, sel, yanğınlar kimi təbii hadisələrin baş verməsini arzu edir. Hələ üstəlik, əlavə edir ki, Türkiyənin bir əsgəri başarısızlıq əldə etməsi də iqtidarın sonunu gətirə bilər. Bu isə o deməkdir ki, Türkiyənin əsgəri başarısızlığı vətən torpaqlarının işğalı sayəsində mümkündür. Baxın, bu zehniyyət sahibləri Ərdoğanın getməsini, özlərinin iqtidara gəlməsini arzulayırlar. Nə olur olsun… ölkə dağılsın, torpaqlar işğal olunsun, təbii fəlakətlər minlərlə can alsın… ölkənin altını-üstünə çevirsin… yetər ki, Ərdoğan hakimiyyətdən getsin, onun yerinə “mən iqtidara gəldiyimdə Türkiyənin xarici siyasət kursu 180 dərəcə dəyişəcək” deyən Qandi Kamal hakimiyyətə gəlsin!
Can Ataklının bəhs etdiyim açıqlamasından iki il keçir. Türkiyəyə böyük bir fəlakət arzulayanların istəyi yerinə gəlib – on minlərlə insanın həyatına son qoyan əsrin zəlzələsi baş verib, milyonlarla insanlar evsiz-eşiksiz qalıb, dünyanın hər tərəfindən duyarlı, vicdanlı insanların qardaş ölkəyə yardımları gəlir. Hətta dost olmayan Yunanıstan və Ermənistandan belə, yardımlar gəlir… Ancaq dəyişməyən tək bir şey var – insanlığa zidd CHP zehniyyəti!
Əfsuslar olsun ki, bu iyrənc zehniyyəti sərgiləyən partiyanın təməli böyük, ulu öndər Atatürk tərəfindən qoyulub, bu partiya onun adıyla bağlıdır…
Lakin məsələni dərindən analiz etsək, görərik ki, bugünkü CHP-nin Mustafa Kamal ideyaları ilə yaxından-uzaqdan əlaqəsi yoxdur. Sol görüşlü proqrama əsaslanan bir partiya, əslində, Qərbin liberal ideologiyasının əsirinə çevrilib. Ancaq bu, başqa bir mövzunun söhbətidir, növbəti yazılarımızdan birində bu məsələyə detaylı şəkildə toxunacağıq…
Yuxarıda da qeyd etdiyim kimi, baş verən təbii fəlakət siyasi dedi-qodu və komplo teorilərinə də səbəb verib. Nəticədə müxalifətin sayəsində təxribatlar baş alıb gedir. Məsələn, zəlzələdən iki gün sonra CHP ələmanlarının yaydığı bir dezinformasiya vardı. Guya Hatay vilayətində zəlzələnin verdiyi hasar nəticəsində böyük su anbarı partlayıb. Yayılan xəbərdən sonra bölgə əhalisi təlaş içərisində olduqları yeri tərk etməyə başladılar. Salamat qalmış binalar da boşaldı. Sonra dövrəyə soyğunçular girdi. Sahibsiz qalmış evlər talan edildi, bölgəyə göndərilən yardım karvanlarına hücumlar təşkil olundu. Bu hücumları təşkil edənlərə qarşı polis tədbir görəndə isə, ucuz demoqojiyə başladılar: polis tutuqlananlara qarşı aşırı güc tətbiq edir, bu, insan haqq və hüquqlarının pozulmasıdı! Sonra da başladılar ki, bütün bunlar nəticədə vətəndaş müharibəsinə yol açacaq!
Görürsünüz, iyrənc siyasi təbliğatı? Əvvəlcə xaos yaradır, situasiyanı gərginləşdirir, bununla da təxribatlara münbit şərait yaradırlar. Eynən Can Ataklının dediyi kimi – seçki sandığında yenə bilmədikləri Ərdoğanı böyük təbii fəlakətdən istifadə edərək iqtidardan uzaqlaşdırmaq istəyirlər. Bu planın ssenarisi nə Can Ataklı, nə də Qandi Kamal kimi gerizəkalıların, mənfəət düşkünlərinin, iqtidar hərislərinin ağlının məhsulu deyil. Bu ssenari okeanın o tərəfində – şeytan yuvası Amerikada yazılıb! Bu haqda da sonrakı yazılarmda ayrıca mövzu olaraq və daha detaylı şəkildə bəhs edəcəm. Bircə onu xatırladım ki, bu yaxınlarda Kamal Kılıcdaroğlunun Amerikaya səyahəti heç də adi təsadüf deyildi. Nə baş verdi ki, bir vaxtlar “Kahr olsun Amerika!”, “Türkiyə üzünü Qərbdən Şərqə çevirməlidi” deyən siyasi tabanın lideri birdən-birə millilik və ulusalçılıq şüarlarını Qərbin liberal dəyərlərinə dəyişdi, amerikapərəst oldu? Axı, bu həm də atatürkçülüklə uzlaşmayan siyasi davranışdı. Elə isə atatürkçülük ideologiyasını nə üçün hələ də özlərinə bayraq edirlər? O zaman imtina etsinlər bu ideyadan! İmtina etsinlər atatürkçülükdən!
Atatürkçülük hər şeydən əvvəl milli görüşdü, bu görüşü egemenlik səviyyəsinə yüksəltməkdir. Türkiyənin son 50 illik tarixinə baxsaq, açıq şəkildə görərik ki, milli görüşü hakim ideologiya səviyyəsinə qaldırmaq istəyən 3 siyasi lider olub – Bülənt Əcəvit, Nəcməddin Ərbakan və Rəcəb Tayyib Ərdoğan! Elə bunun nəticəsi idi ki, siyasi baxışlarına görə sol və sağ təmayüllü iki fərqli lider – Əcəvit və Ərbakan milli məsələdə eyni mövqedən çıxış edərək, Kipr böhranında Türkiyəni bütün dünyanın qarşısında dimdik dura bilməsini saxladılar. Bax, ulusalçılıq, milli görüş elə budur! Ərdoğanın yürütdüyü xarici siyasət kursu – ələlxüsus 2016-cı ildən sonra sərgilədiyi siyasi kurs da ulusalçılıqdır, milli görüşdür, Atatürk ideyalarının gerçəkləşdirilməsi yolunda irəli atılan əmin addımlardır!
***
CHP yetkililəri mövcud situasiyada təxribatlar yoluyla vəziyyəti daha dramatik hala gətirməklə bərabər, həm də ucuz siyasi şoularla təbliğat kampaniyaları qurur və bununla da siyasi nüfuzlarını artırmağı düşünürlər. Ancaq çox mühüm bir məqamı unudurlar ki, Ərdoğanın iqtidarda olduğu müddətdə yürütdüyü siyasət nəticəsində Ak.Partinin konkret siyasi tabanı formalaşıb. Sağ görüşlü bu taban milliyyətçi MHP tərəfdarlarının da dəstəyini alır. Digər tərəfdən, Meral Akşener və İYİ Partiya da son anda liberal Qərbin formalaşdırdığı düşərgənin yanında olmayacaq. Sol ideoloji cərəyanın görkəmli nümayəndəsi Məhərrəm İncə də amerikapərəst CHP ilə heç vaxt bir sırada durmaz. Bütün bunları Ərdoğan da çox gözəl anlayır və başladılan siyasi kursu başa çatdırmaq üçün adlarını çəkdiyim və problemlər yaşadığı siyasi liderlərlə Türkiyənin mənafeyi naminə masa arxasına otura bilər. Hesab edirəm ki, ən doğru qərar məhz budur. Yalnız milli görüş sahibi olan siyasi qüvvələrin eyni cəbhədə olması qardaş ölkəni Amerikan imperializminin cəngindən qurtarar.
***
Yuxarıda CHP-nin ucuz siyasi şoulara əl atdığını qeyd etmişəm. Konkret olaraq, hər kəsə müəmma kimi görünən Erzin faktorunu göstərmək olar. Adı çəkilən bu bölgə Hatay vilayətinin bir ilçəsidi (ilçə bizdə rayon statusnda olan inzibati-ərazi vahididir – F.N.). Erzinin 42 min əhalisi var ki, bunun da 35 mini ilçə mərkəzində yaşayır.
Erzin ilçəsi əsasən ovalıq olsa da, ilçə mərkəzi arxasını Nur sıra dağlarına söykəyib. Nur silsiləsi Toros dağlarından başlayaraq 175 km. uzunluqda Livana qədər uzanır. Bu dağın altından Ölü dənizdən başlayaraq, Qaziantep və Osmaniyəyə qədər uzanan “Ölü dəniz fay xətti” keçir. Son baş verən zəlzələ bu fay xəttinin “Şərqi Anadolu fay xətti” ilə kəsişdiyi nöqtədə qırılma baş vermiş, nəticədə iki fay xəttində uzun illər ərzində toplanmış enerji özünü boşaltmış, bununla da zəlzələnin dağıdıcılıq qüvvəsi ölçüyəgəlməz dərəcədə çox olmuşdur. Hatay vilayətində dağıntılar, ölüm hallarının çoxluğu da məhz bununla əlaqədardır.
Hatay vilayəti ərazisinin 46 %-i dağ, 33 %-i düzənlik və 20 %-i yayla ve yamaçdan ibarətdir. Maraqlı bir məqam da ondan ibarətdir ki, qırılma xətti Nur dağına, dolayısıyla Erzin ilçəsinə yaxın bir ərazidə olsa da, zəlzələnin təsiri dağ ətəklərində və Erzində yox, əsasən Hatayın ovalıq ərazilərinə daha çox təsir edib. Bu, yerin alt qatının, yəni yer qabığının həmin ərazidəki quruluşu ilə bağlı məsələdir.
Qeyd etdiyimiz kimi, Erzin ilçəsi ovalıq ərazidir. İlçə mərkəzinin tam arxasında Nur sıra dağları başlayır. Bildiyimiz kimi, əksər dağlar yamaclardan başlayaraq hiss olunmadan, gedərək zirvəyə doğru yüksəlir. Dağların yerin təkindəki kökü dərin qatlara qədər enir və yanlarda yamacların altına doğru uzanır. Bunu bir ağacın kökü kimi təsəvvür edin. Erzin ilçəsi yerləşdiyi yerdə isə Nur dağının demək olar ki, yamacları yoxdur və daha dik sıldırımlar şəklindədir. Məsələnin bu tərəfini yadda saxlayın…
Gələk Hatayda zəlzələnin yaratdığı can kaybı və dağıntılara. Rəsmi açıqlamalardan da gördüyümüz kimi, Hatay zəlzələdən ən çox zərər çəkən vilayətlərin başında gəlir. Tamamilə düzənlik ərazidə yerləşən vilayət mərkəzi Antakiya və dəniz səviyyəsində yerləşən İsgəndərun kimi iri şəhərlər (hərəsinin 300 mindən yuxarı əhalisi var) yerlə-yeksan olub. Ancaq zəlzələnin episentrinə yaxın olan Erzin ilçə mərkəzi, düzənlik ərazidə yerləşməsinə baxmayaraq, “burnu da qanamayıb” deyə bilərik. Əcəba, bəs, bunun səbəbi nədir? Cahil insanların dediyi kimi, “bu, allahın erzinlilərə lütfüdür”, yoxsa CHP-li yetkililərin dediyi kimi, “erzinliləri bu fəlakətdən CHP-li bələdiyyə başkanı xilas edib”? Əslində, nə odur, nə də bu…
İşə allahı qarışdıranların fikri cahillikdən qaynaqlanır və bu anlaşılandı. Amma CHP yetkililərinin ortaya atdığı fikir siyasi fahişəlikdir, təxribata hesablanıb və olduqca təhlükəli mövqedir.
Erzin ilçə mərkəzinin bələdiyyə başkanı CHP-dən Ökkeş Elmasoğlu adlı şəxsdir. Məlum olaydan sonra bu tip haqqında əsil mif düzüb-qoşublar. Sən demə, bu adam rəhbərlik etdiyi bələdiyyə ərazisində qanunsuz tikililərə icazə vermədiyi üçün ilçədə “ən çox nifrət edilən rəhbər” hesab olunurmuş. Bu mif CHP-nin ən üst səviyyəsində hazırlanıb və dövriyyəyə buraxılıb. Çox təəssüf ki, bu nağıla bizdə də inananlar var və onların içərisində Əli Kərimli, İlkin Rüstəmzadə və digər bu kimi mənfəətpərəst siyasilər, məqsəd güdənlər də az deyil.
Ökkeş Elmasoğlu adlı zat da durub demir ki, yetər, xalqın faciəsindən, mənim adımı istifadə etməklə, siyasi şou düzəltməyin! Əksinə, bu şouya qoşulmaqla özünü “ağ atlı oğlan” kimi göstərir. Bunu onun Euronews-a verdiyi müsahibədən də görmək olur. Baxın, bu adam nə deyir: “Kendi dönemimle alakalı ben, herhangi bir şekilde kaçak inşaata izin vermeme noktasında elimizden geldiğince mücadele etmeye çalıştım…”
Adam balası, sənin dönəmində Erzində hansı inşaat işləri gedib ki, sən də kaçak və qanuni işləri bir-birindən ayırd etdin? Əminəm ki, bu başkana bu sual verilərsə, ya gözünü döyüb susar, ya da sualdan yayınıb qaçar.
Ökkeş Elmasoğlu 2019-cu ildə Erzin bələdiyyə başkanı seçilib. Bələdiyyənin rəsmi internet sitəsindən əldə etdiyimiz məlumatlara görə, son 4 ildə İlçə mərkəzində demək olar ki, heç bir tikinti işi aparılmayıb, hətta əvvəlki illərdə tikintisinə başlanan bir çox binanın tamamlama işləri də yarımçıq qalıb ki, bu da Ökkeş Elmasoğlunun başçı seçilməsindən az bir müddət sonra kürəsəlçilərin ortaya atdığı koronavirus pandemiyası ilə əlaqədardır. Belə ki, kürəsəlçi güclərin labaratoriya üsuluyla hazırladığı virus çox sayda insanın ölümünə səbəb olmaqla yanaşı, böyük iqtisadi böhrana da səbəb oldu. Bu iqtisadi böhran kiçik Erzindən də yan keçmədi, bölgənin turizm sektoruna ağır zərbə vurdu. Bu isə öz növbəsində tikinti sektoruna da təsir etdi.
Erzin ilçə mərkəzinin əhalisi 35 min nəfər olsa da, yay sezonunda burada 80 minə qədər insan olur. İlçənin təbii gözəlliyi, əlverişli hava şəraiti, dənizə yaxınlığı və təbii ki, reklamın yüksək səviyyədə təşkili buranı turistik bölgəyə çevirdi. 2000-ci illərin ortalarından etibarən müasir səviyyədə alt yapı qurulması dünyanın bir çox yerlərindən Erzinə turist axınına səbəb oldu. Burada otelçilik və konut evlərin inşası geniş vüsət aldı. Münasib qiymətlər də turistləri Erzinə cəlb edirdi.
İlçədə tikinti bumu əsasən 2007-2008-ci illərdən başlayıb. Bu gün Erzində tikilən binaların mütləq əksəriyyəti əvvəlki bələdiyyə başkanları Mehmet Güvenin başkanlığının son dönəmlərinə və Kazım Şimşəyin iki dönəm başkanlığı illərinə düşür. Əgər təbbi fəlakətə dözüb ayaqda duran binalara görə kiməsə təşəkkür etmək düşürsə, bu adam bir başkası yox, Ak.Partinin namizədi kimi 2009-2019-cu illərdə bələdiyyə başkanı olmuş Kazım Şimşək olmalıdır. Çünki müasir Erzinin bütün imar işlərinin altında onun imzası var.
Gördüyünüz kimi, təbii fəlakətlər hesabına olsa da, Türkiyədə siyasi vəziyyətin qarışmasını, xaotik situasiyanın yaranmasını istəyən “made in USA” patentli Kılıcdaroğlu və CHP zehniyyəti boşluqdan istifadə edib, şəxsi nüfuzlarını artırmaq üçün hər fürsəti dəyərləndirmək istəyir. Erzin məsələsi bu mənada onlar üçün göydəndüşmə fürsət hesab oluna bilər. Odur ki, bütün liberal və sol görüşlü mediya qurumları neçə gündür Ökkeş Elmasoğlu ismini, zəlzələdən salamat qurtarmış Erzin şəhərini tirajlamaqla məşğuldurlar. Onlar bununla demək istəyirlər ki, baxın, bu bələdiyyəyə CHP-dən olan namizəd rəhbərlik edir, məhz onun sayəsində hər şey qaydasındadır. Amma bir şeyi unudurlar ki, Hatay vilayətində Erzindən başqa daha 15 ilçə var. Həmçinin vilayət mərkəzində iki ilçə və Hatay Böyük Şəhər Bələdiyyəsi də var. Ümumilikdə 18 bələdiyyədən yeddisində başkanlıq vəzifəsi CHP-lilərin əlindədir. Hətta Hatay Böyük Şəhər bələdiyyəsinin başkanı Lütfi Savaş da CHP namizədidir. O zaman ortaya belə bir məntiqi sual çıxır. Vilayət mərkəzi Antakiyada (qədim Antioxiya) yerləşən Böyük Şəhər Bələdiyyəsinin başkanı Lütfi Savaş hara baxırdı? Niyə zəlzələnin qarşısını ala bilmədi? O da AKP-li bələdiyyə başkanları kimi qanunsuz, qaçak tikililərə göz yummuşdu ki, belə bir faciə baş verdi? 400 minə yaxın əhalisi, 3500 il yaşı olan Antakiya-Antioxiyadan heç bir əsər-əlamət qalmayıb. Yaşayış məskəni kimi əsası eradan 1500 il əvvəl Hitit çarlığı dönəmində qoyulan, Makedoniyalı İsgəndərin sərkərdələrindən diadox I Selevk Nikator tərəfindən böyük şəhərə, Selevkilər imperiyasının paytaxtına çevrilən Antioxiya Anadolunun ən qədim şəhərlərindən sayılır. Bura həm də çoxsaylı tarixi-mədəni abidələrə ev sahibliyi edirdi. İndi həmin abidələrin çoxu tamamilə məhv olub, qalanlar da böyük ölçüdə zərər görüb. İndi bütün bunları CHP-nin, Lütfi Savaşın adına yazaq?
Doğrudu, zəlzələnin böyük fəsadlarına görə, siyasi baxışlarından asılı olmayaraq, bu işə məsul olan məmurlar da cavabdehlik daşıyırlar. Sözsüz ki, dövlət tərəfindən hər şey incəliyinə qədər aydınlaşdırılmalı, günahı təsbit edilən hər kəs ciddi şəkildə cəzalandırılmalıdır. Lakin zəlzələni fürsət bilib, onun nəicələrindən siyasi məqsədlər üçün istifadə etmək, şoular düzəltmək və bununla da Türkiyəni diz çökdürmək istəyən imperializmin əlinə oynamaq xəyanətdir, həm də bağışlanmaz xəyanət!
Bir neçə kəlmə də Kılıcdaroğlu zehniyyətinin Azərbaycandakı tərəfdarları barədə demək istərdim. İnanın ki, bu zehniyyət sahiblərinə “xəritədə Hatay şəhərini göstər” desək, gözlərini döyəcəklər, çünki belə bir şəhər mövcud deyil. Bu mənfəətpərəst dəllal sürüsü hələ bilmir ki, Türkiyədə Hatay adlı şəhər yoxdur, bu adda vilayət var. ümumiyyətlə, Türkiyədə bir neçə vilayət var ki, həmin bu vilayətlərin adı inzibati mərkəzinin adıyla fərqlilik təşkil edir. Məsələn, Kocaeli vilayətinin mərkəzi İzmit şəhəri, Sakaryanınkı Adapazarı olduğu kimi, Hatay vilayətinin inzibati mərkəzi də Antakiya (Antioxiya) şəhəridir. Bu elementar bilgidən xəbərsiz olan əli kərimlilər, ilkin rüstəmzadələr, tofiq yaqublular utanmadan ortaya durub ağızdolusu Ərdoğan hakimiyyətinin korrupsiyaya bulaşmasından bəhs edir, bütün günahları Ak.Parti iqtidarının üzərinə yıxır, sonunu da gətirib Azərbaycana. İlham Əliyevə bağlayırlar. Çünki bu adamlar xəstədirlər, kürəsəl güc tərəfindən bunların beyni yuyulub və ora tam fərqli genetik kodlar yerləşdirilib.
Lap qədim dövrlərə getsək, 115 və 526-cı illərdə Antioxiyada iki güclü zəlzələ baş verib. Birincidə 260 min, ikincidə 250 min insan həyatını itirib. Bu da onu göstərir ki, adı çəkilən ərazidə baş verən zəlzələlərin böyük fəsadlar törətməsi, çoxsaylı insan tələfatına səbəb olması heç də korrupsiya və qanunsuz, qaçak tikililərlə bağlı deyil, buradan keçən fay xəttinin qırılması zamanı əmələ gələn enerjinin miqdarı və şiddətindən daha çox asılıdır. Çünki bu ərazi yer qabığının altında müxtəlif tektonik lövhələrin – Afrika, Ərəbistan və Anadolu lövhələrinin birləşmə nöqtəsidir. Mən bu məsələyə əlavə heç nə etmək istəməzdim, çünki sabahkı yazım sırf bu məsələyə həsr olunacaq.
Son olaraq bir məqama da xüsusi diqqət çəkmək istərdim ki, Antioxiya, İsgəndərun, Kahraman Maraş və Osmaniyyədə zəlzələlərin ağır nəticələri nə qədər yer qabığının quruluşu, geoloji xüsusiyyətləri ilə bağlıdırsa, bu mövzunu həsr etdiyimiz Erzin ilçə mərkəzinin zəlzələdən salamat qurtarması da məhz bu faktorla bağlıdır. Yuxarıda yadınızda saxlamanızı istədiyim bir məqam vardı – Erzin şəhərinin coğrafi mövqeyi ilə bağlı. Bax, Erzini böyük fəlakətdən qurtarması çoğrafi mövqeyi və yerləşdiyi ərazinin yeraltı quruluşu ilə bağlıdır.
Erzin şəhəri Nur dağının yer altında davamı olan böyük bir qaya parçasının üzərində yerləşir. Bu qaya parçasının uzunluğu şəhərin yerləşdiyi ərazinin altına qədər uzanır və qalınlığı bəzi yerlərdə 1,5 km.-ə çatır. Bundan başqa, Erzin şəhərinin yerləşdiyi ərazinin yer qabığının quruluşu elədir ki, ən güclü zəlzələyə də tab gətirər. Şəhərin altındakı litosfer təbəqəsi bazalt qatından ibarətdir.
Bazalt qatının xüsusiyyəti haqqında onu deyim ki, möhkəm və elastiki xarakterdədir, hardasa amartizasiya rolunu oynayır desək, heç də yanılmarıq. Möhkəmliyinə görə, bazalta dəmir daş deyirlər. Ondan mineral liflərin hazırlanmasında da istifadə ounur, çünki bazalt sement kimi birləşdirici xüsusiyyətə malik olmaqla yanaşı, həm də elastikliyə malikdir.
Ən maraqlısı isə, bazalt liflərindən armatur əvəzi böyük tikintilərdə – iri magistral yollarda, hidrotexniki qurğuların, nüvə obyektlərinin tikintisində, eyni zamanda təhlükəli seysmik zonalarda tikinti zamanı istifadə olunur. Konkret olaraq, ötən əsrin 80-ci illərindən sonra Moskva metrosunun stansiyalarının tikintisində bazalt lifindən hazırlanan materiallardan geniş istifadə olunur. Çünki yuxarıda da dediyimiz kimi, bazalt daşı möhkəm, çox böyük gücə davamlı, eyni zamanda elastiki xüsusiyyətlərə malikdir.
Hesab edirəm ki, Erzin şəhərinin güclü zəlzələdən salamat çıxmasının əsil səbəbi haqqında az da olsa, təsəvvür yarada bildim. Bu, CHP və onun bələdiyyə başkanıyla əsla əlaqədar deyil. Dinçilərin dediyi kimi, allahın olmasa da, təbiətin erzinlilərə lütfüdür. Onları ağır fəlakətdən üzərində oturduqları qaya və yerin bazalt təbəqəsi xilas edib…
Fərəməz Novruzoğlu