featured-image-8775

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə başsağlığı verib.

O, bu barədə “Twitter” hesabında yazıb.

“Qardaş Türkiyənin Bartın şəhərində mədəndə partlayışda həlak olanlara Allahdan rəhmət, ailələrinə və yaxınlarına səbr diləyirik. Yaralıların tezliklə sağalmasını, mədəndə dağıntılar altında qalmış insanların qurtarılmasını arzulayırıq. Başın sağolsun, Türkiyə”, – paylaşımda bildirilib.

Qeyd edək ki, hadisə zamanı 28 nəfər həlak olub, 11 nəfər yaralanıb.

Bənzər xəbərlər