featured-image-8848

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov oktyabrın 17-də Türkiyəyə səfər edəcək.

Bu barədə Türkyənin Xarici İşlər Nazirliyi “Twitter” hesabında məlumat verilib.

Məlumata görə, Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri İstanbulda keçiriləcək Türk Dövlətləri Təşkilatı (TDT) xarici işlər nazirlərinin şurasının toplantısına qatılacaq.

Toplantıda həmçinin Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Macarıstan, Türkmənistan təmsilçiləri də iştirak edəcəklər.

Bənzər xəbərlər