Ceyhun Bayramov iranlı həmkarını Ermənistanın təxribatları barədə məlumatlandırdı – FOTO
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda iranlı həmkarı Hüseyn Əmir-Abdullahianla görüşüb.
Bu barədə Ceyhun Bayramov özünün “Twitter” səhifəsində bildirib.
Nazir qeyd edib ki, İranın XİN başçısı ilə ikitərəfli əlaqələrdə və regionda son vəziyyəti müzakirə edib.
“Mən həmkarıma Ermənistanın son təxribatları barədə məlumat verdim”, – deyə o əlavə edib.