featured-image-6704

Cənubi Koreya Prezidenti Yun Sok Yol ABŞ lideri Cozef Baydenlə söhbətindən sonra ABŞ Konqresinin nümayəndələrini “axmaqlar” adlandırıb.

O, Ağ Ev rəhbəri ilə görüşdə müzakirə edilən QİÇS, Malyariya və Vərəmlə Mübarizə üzrə Qlobal Fonda nəzərdə tutulan 6 milyard dollarlıq yardımı nəzərdə tutaraq deyib: “Bu axmaqlar onu Konqresdə qəbul etməsələr, bu, Bayden üçün alçaldıcı olacaq”.

Amerikalı jurnalistlərin fikrincə, Cənubi koreyalı siyasətçi heç də amerikalıları açıq şəkildə alçaltmaq niyyətində olmayıb, lakin mikrofonu söndürməyi unudaraq uğursuz səhvə yol verib.

Seul Vaşinqtondan müttəfiqlərə edilən təhqiri təkzib etməyə gecikməyib. Cənubi Koreya israr edir ki, prezident amerikalılar haqqında mənfi ifadələr işlətməyib və qalmaqal səhv tərcümə ilə bağlıdır.

Mənbə: The Washington Post

Bənzər xəbərlər