featured-image-9221

UEFA Çempionlar Liqasının qrup mərhələsində V tura yekun vurulub.

“Boyuksherg” “Report”a istinadən xəbər verir ki, son 6 oyundan sonra daha 2 komanda 1/8 finala vəsiqəni təmin edib.

A qrupunda İngiltərə “Liverpul”u Niderlandda “Ayaks”ı 3:0 hesabı ilə darmadağın edərək, adını növbəti mərhələyə yazdırıb.

B qrupunda Madrid “Atletiko”su İspaniyada Almaniya “Bayer”i ilə heç-heçə edib – 2:2. Bu nəticə qrupun digər iştirakçısı olan Portuqaliya “Portu”sunu pley-offa çıxarıb.

C qrupunda “Barselona” İspaniyada Almaniya “Bavariya”sına 0:3 hesabı ilə uduzub. Turnirlə vidalaşması daha əvvəl rəsmiləşən Kataloniya təmsilçisi mübarizəni Avropa Liqasının pley-off mərhələsində davam etdirəcək. İtaliya “İnter”i və “Bavariya” isə qrupdan çıxmağı təmin edib.

Çempionlar Liqası
Qrup mərhələsi, V tur
26 oktyabr

A qrupu

“Napoli” (İtaliya) – “Reyncers” (Şotlandiya) – 3:0
Qollar:
 Covanni Simeone, 11; 16. Leo Estiqor, 80

“Ayaks” (Niderland) – “Liverpul” (İngiltərə) – 0:3
Qollar:
 Məhəmməd Salah, 42. Darvin Nunyes, 49. Harvi Elliott, 52

Xal durumu: “Napoli” – 15 . “Liverpul” – 12. “Ayaks” – 3. “Reyncers” – 0.

B qrupu

“Brügge” (Belçika) – “Portu” (Portuqaliya) – 0:4
Qollar:
 Mehdi Taremi, 33; 70. Evanilson, 57. Stiven Euştakiu, 60

“Atletiko” (Madrid, İspaniya) – “Bayer” (Almaniya) – 2:2
Qollar:
 Yannik Karrasko, 22. Rodriqo De Paul, 50 – Mussa Diabi, 9. Kallum Hodson-Odoi, 29

Xal durumu: “Brügge” – 10. “Portu” – 9. “Atletiko” – 5. “Bayer” – 4.

C qrupu

“İnter” (İtaliya) – “Viktoriya” (Plzen, Çexiya) – 4:0
Qollar:
 Henrix Mxitaryan, 35. Edin Dzeko, 42; 66. Romelu Lukaku, 87

“Barselona” (İspaniya) – “Bavariya” (Almaniya) – 0:3
Qol:
 Sadio Mane, 10. Erik Çupo-Motinq, 31. Benjamin Pavar, 90+5

Xal durumu: “Bavariya” – 15. “İnter” – 10. “Barselona” – 4. “Viktoriya” – 0.

D qrupu

“Tottenhem” (İngiltərə) – “Sportinq” (Portuqaliya) – 1:1

Qol: Rodriqo Bentankur, 80 – Markus Edvards, 22

“Ayntraxt” (Frankurt, Almaniya) – “Marsel” (Fransa) – 2:1
Qollar:
 Daiti Kamada, 3. Randal Kolo Muani, 27 – Matteo Genduzi, 22

Xal durumu: “Tottenhem” – 8. “Sportinq” – 7. “Ayntraxt” – 7. “Marsel” – 6.

Qeyd edək ki, daha əvvəl İtaliyanın “Napoli”, Belçikanın “Brügge”, Almaniyanın “Bavariya” və “Borussiya” (Dortmund), İspaniyanın “Real Madrid”, Fransanın PSJ, Portuqaliyanın “Benfika”, İngiltərənin “Mançester Siti” və “Çelsi” komandaları pley-off vəsiqəni təmin ediblər.

22:58

UEFA Çempionlar Liqasının qrup mərhələsində V turun daha 2 oyunu keçirilib.

“Boyuksherg” “Report”a istinadən bildirir ki, B və C qrupundakı matçlardan sonra 1/8 finalın növbəti iştirakçısı müəyyənləşib.

İtaliyada Çexiyanın “Viktoriya” (Plzen) komandasına 4 cavabsız qolla qalib gələn “İnter” adını pley-offa yazdırıb. Bu nəticədən sonra C qrupunda İspaniya “Barselona”sının turnirlə vidalaşması rəsmiləşib.

B qrupunda isə Portuqaliya “Portu”su Belçikada “Brügge”ni darmadağın edib – 4:0. Bu qrupun digər oyununda Madrid “Atletiko”su İspaniyada Almaniya “Bayer”ini məğlub edə bilməsə, Portu şəhərinin eyniadlı təmsilçisi vaxtından əvvəl 1/8 finala adlayacaq.

Çempionlar Liqası

Qrup mərhələsi, V tur

26 oktyabr

B qrupu

“Brügge” (Belçika) – “Portu” (Portuqaliya) – 0:4
Qollar:
 Mehdi Taremi, 33; 70. Evanilson, 57. Stiven Euştakiu, 60

23:00. “Atletiko” (Madrid, İspaniya) – “Bayer” (Almaniya)

Xal durumu: “Brügge” – 10 (5 oyuna). “Portu” – 9 (5 oyuna). “Atletiko” – 4. “Bayer” – 3.

C qrupu

“İnter” (İtaliya) – “Viktoriya” (Plzen, Çexiya) – 4:0
Qollar:
 Henrix Mxitaryan, 35. Edin Dzeko, 42; 66. Romelu Lukaku, 87

23:00. “Barselona” (İspaniya) – “Bavariya” (Almaniya)

Xal durumu: “Bavariya” – 12. “İnter” – 10 (5 oyuna). “Barselona” – 4. “Viktoriya” – 0 (5 oyuna)

Qeyd edək ki, daha əvvəl İtaliyanın “Napoli”, Belçikanın “Brügge”, Almaniyanın “Bavariya” və “Borussiya” (Dortmund), İspaniyanın “Real Madrid”, Fransanın PSJ, Portuqaliyanın “Benfika”, İngiltərənin “Mançester Siti” və “Çelsi” komandaları pley-offa vəsiqəni təmin ediblər.

Bənzər xəbərlər