featured-image-8429

Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində IV tura start veriləcək.

“Boyuksherg” xəbər verir ki, ilk oyun günündə E, F, G və H qruplarında ümumilikdə 8 görüş keçiriləcək.

Bu matçlardan sonra 4 komanda pley-off vəsiqəni təmin edə bilər. F qrupunda İspaniya “Real Madrid”i Polşada Ukraynanın “Şaxtyor” (Donetsk) klubunu məğlub etsə, adını 1/8 finala yazdıracaq.

G qrupunda İngiltərə təmsilçisi “Mançester Siti” Danimarkada “Kopenhagen”ə, Dortmund “Borussiya”sı isə Almaniyada İspaniya “Sevilya”sına qalib gələcəyi təqdirdə, sona 2 tur qalmış pley-offa yüksələcək.

H qrupunda da 1/8 finala ilk vəsiqənin sahibi müəyyənləşə bilər. İtaliya “Yuventus”u İsraildə Hayfa “Makkabi”sinə uduzsa, PSJ (Fransa) – “Benfika” (Portuqaliya) görüşünün qalibi növbəti raunda vəsiqəni vaxtından əvvəl təmin edəcək.

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın “Dinamo” (Zaqreb) klubu evdə Avstriya “Zalsburq”u ilə qarşılaşacaq. E qrupunun digər matçında isə İngiltərənin “Çelsi” klubu İtaliyada “Milan”ın qonağı olacaq.

Çempionlar Liqası

Qrup mərhələsi, IV tur

11 oktyabr

E qrupu

23:00. “Milan” (İtaliya) – “Çelsi” (İngiltərə)

23:00. “Dinamo” (Zaqreb, Xorvatiya) – “Zalsburq” (Avstriya)

Xal durumu: “Zalsburq” – 5, “Çelsi” – 4, “Milan” – 4, “Dinamo” – 3

F qrupu

23:00. “Seltik” (Şotlandiya) – “Leypziq” (Almaniya)

23:00. “Şaxtyor” (Donetsk, Ukrayna) – “Real Madrid” (İspaniya)

Xal durumu: “Real Madrid” – 9, “Şaxtyor” – 4, “Leypziq” – 3, “Seltik” – 1

G qrupu

20:45. “Kopenhagen” (Danimarka) – “Mançester Siti” (İngiltərə)

23:00. “Borussiya” (Dortmund, Almaniya) – “Sevilya” (İspaniya)

Xal durumu: “Mançester Siti” – 9, “Borussiya” – 6, “Kopenhagen” – 1, “Sevilya” – 1

H qrupu

20:45. “Makkabi” (Hayfa, İsrail) – “Yuventus” (İtaliya)

23:00. PSJ (Fransa) – “Benfika” (Portuqaliya)

Xal durumu: PSJ – 7, “Benfika” – 7, “Yuventus” – 3, “Makkabi” – 0.

Qeyd edək ki, IV turun digər 8 oyunu oktyabrın 12-də keçiriləcək.

Bənzər xəbərlər