featured-image-4676

Kim qalib gələcək: Tofiq Yaqublu, yoxsa Gültəkin Hacıbəyli?

Milli Şuranın sədri Cəmil Həsənli Londonda verdiyi müsahibədə qurumun sədrliyindən istefa verəcəyini deyib. O, qərarını təşkilatda yeniliyin, gəncləşmənin zəruriliyi ilə izah edib.

Cəmil Həsənli bildirib ki, onun bu addımı heç də siyasətlə vidalaşması kimi yozula bilməz. O, bundan sonra da Milli Şuranın rəhbərliyində təmsil olacağını bəyan edib.

Ortaya maraqlı sual çıxır: müxalifətin birləşmiş modeli kimi təqdim edilən, əslində isə, AXCP sədri Əli Kərimlinin orbitində olan bu təşkilata Cəmil Həsənlidən sonra kim sədrlik edəcək? Qurumun daxilindən verilən məlumata görə, bu posta real namizəd kimi hələlik iki şəxsin adı hallanır. Onlardan biri qurumun Kordinasiya Şurasının üzvü Gültəkin Hacıbəyli, digəri isə, formal olaraq Müsavat Partiyasının üzvü sayılan, əslində isə, daha çox AXCP-yə və Əli Kərimliyə yaxınlığı ilə seçilən Tofiq Yaqubludur.

Heç şübhəsiz, Tofiq Yaqublunun sədr olmasında ən çox Əli Kərimli maraqlı görünür. Müxalifətin maliyyə donoru rolunda çıxış edən dairələr isə Gültəkin Hacıbəylinin sədr olmasında israrlıdırlar. Son vaxtlar Gültəkin xanımın Avropaya baş tutan mütəmadi səfərlərində Qərbin maliyyə institutları ilə bu istiqamətdə razılığın əldə edildiyi bildirilir. Bir sözlə, qarşıda bizi Milli Şuranın sədrliyi uğrunda gərgin mübarizə gözləyir.

Görünən o ki, iki namizəddən heç biri güzəştə getməkdə maraqlı deyil. Qurumun daxilində Əli Kərimlinin nüfuzunun güclü olduğunu nəzərə alsaq, ozaman Tofiq Yaqublunun sədr seçilmə ehtimalı daha inandırıcı görünür. Belə olacağı təqdirdə Gültəkin Hacıbəyli mütləq mənada Milli Şuranı tərk etmiş olacaq. Belə olduğu təqdirdə Cəmil Həsənlinin istefası nəinki təşkilatı gücləndirəcək, əksinə, daha da zəiflədəcək…

Məhəmmədəli Qəribli

Bənzər xəbərlər